SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA
Hörmətli cənab Prezident,
Afrikanın qərb sahilində ölkənizə məxsus bərənin aşması nəticəsində çoxlu sayda həmvətəninizin həlak olması məni ürəkdən kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və bütün Seneqal xalqına dərin hüznlə başsağlığı verirəm.
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 sentyabr 2002-ci il