SENEQAL RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB ABDULAY VADA
Hörmətli cənab Prezident,
Seneqal Respublikasının milli bayramı - Müstəqillik günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.
Ümidvaram ki, Azərbaycan ilə Seneqal arasında dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın rifahı naminə daim inkişaf edəcək və genişlənəcəkdir.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Seneqal xalqına sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 mart 2003-cü il