DÜNYA
Sentyabrda İtaliyada inflyasiya göstəricisi artmaqda davam edib
Roma, 30 sentyabr, AZƏRTAC
İtaliyada illik inflyasiya göstəricisi ərzaq qiymətlərindəki artımlar fonunda sentyabr ayında 8,9 faizə yüksəlib.
AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, sentyabrda ölkədə istehlak qiymətləri indeksi isə əvvəlki ayla müqayisədə 0,3 faiz artıb.
ISTAT-a görə, sentyabrda inflyasiyanın hərəkətverici qüvvəsi təkcə enerji resurslarındakı deyil, ərzaq qiymətlərindəki artım olub.
Ərzaq və məişət əşyaları kimi gündəlik tələbat mallarının istehlak səbəti isə sentyabrda illik müqayisədə 11,5 faiz artaraq 1983-cü ilin iyulundan bəri ən yüksək artımı nümayiş etdirib.
Qeyd edək ki, İtaliya hökuməti cari ildə inflyasiya səviyyəsinin orta hesabla 6,6 faiz, 2023-cü ildə isə 4,5 faiz olacağını proqnozlaşdırır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]