SEQOLEN ROYAL ÖZ PROQRAMINI BƏYAN ETMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Fransanın aparıcı Sosialist Partiyasından prezidentliyə namizəd Seqolen Royal Paris ətrafındakı Sen-Sən-Döni qəsəbəsində seçicilər qarşısındakı çıxışında öz proqramını bəyan etmişdir.
Namizəd prezident seçiləcəyi təqdirdə onlarla birlikdə “daha güclü və daha doğru yeni Fransa” uğrunda çalışacağını bildirmişdir.
Paytaxt kənarındakı qəsəbələrdə yaşayan gənclərin problemlərinə toxunan S.Royal, onların problemini həll etmək əvəzinə polis və jandarmları gənclər hərəkatına yönəldən rəqibi, Xalq Hərəkatı Birliyi Partiyasından namizədliyi irəli sürülmüş Nikola Sarkozinin yeritdiyi siyasəti kəskin tənqid etmişdir.
Ölkənin iqtisadi, sosial, təhsil, ekoloji və digər sahələrdə böhran keçirdiyini vurğulayan S.Royal “Yeni siyasətin lazım olduğunu”, “Yeni Fransanın qurulmasının zəruriliyini” qeyd etmişdir.
Proqramında ölkənin xarici siyasətindən bəhs etmiş S.Royal bütün dövlətlərlə qarşılıqlı hörmət əsasında əlaqələr yaradılacağını, planetdə sülhün və əmin-amanlığın bərqərar olması üçün bütün səylərini əsirgəməyəcəyini açıqlamışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [17:42]
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib
- 16.11.2026 [16:10]
Macarıstanda mənzil bazarında qiymət artımı yavaşlayıb, icarə haqları azalıb
- 16.11.2026 [14:28]
Yaponiya Asiyada atom elektrik stansiyalarının inşasına dəstək verəcək
- 16.11.2026 [13:19]