REGİONLAR
Sərbəst güləş üzrə Ağcabədi rayon birinciliyində 150-dən çox idmançı mübarizə aparıb
Ağcabədi, 3 oktyabr, AZƏRTAC
Ağcabədi Olimpiya İdman Kompleksində şəhidlərin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə rayon açıq birinciliyi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən birincilikdə Ağcabədi, Beyləqan, Bərdə, Ağdam, Laçın, Cəbrayıl və Xocavənd rayonlarından olan 150-dən çox idmançı mübarizə aparıb. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan birinciliyin sonunda ayrı-ayrı çəki dərəcələrində I-III yerləri tutan idmançılara diplom və medallar təqdim edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [15:53]
Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir
- 04.05.2024 [15:26]
“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub
- 04.05.2024 [14:14]
Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib
- 04.05.2024 [09:02]
Qaxda mağaza sahibinin pulunu oğurlayan şəxs saxlanılıb
- 04.05.2024 [01:55]
Babək rayonunda Şəhidlər bulaq abidə kompleksi tikilir
- 04.05.2024 [00:50]
Qaxda qanvermə aksiyası keçirilib
- 04.05.2024 [00:15]