Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddətin müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Elektroenergetika haqqında” Azərbaycan Respublikasının 2023-cü il 11 aprel tarixli 858-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 19 may tarixli 2143 nömrəli Fərmanının 2.2.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Sərbəst olmayan istehlakçıya elektrik enerjisinin verilməsinin dayandırılmasına əsas verən müddət bir ay müəyyən edilsin.

2. Bu Qərar 2024-cü il yanvarın 1-dən tətbiq edilir.

 

Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 5 mart 2024-cü il

№ 115

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin