Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır: 

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 11, maddə 649; 2005, № 4, maddə 278; 2007, № 11, maddə 1053; 2008, № 6, maddə 455; 2012, № 11, maddə 1067) 5-ci maddəsinin I hissəsinin ikinci cümləsində “gün” sözü “iş günü” sözləri ilə, üçüncü cümləsində “gündən” sözü “iş günündən” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 28 aprel 2015-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin