Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

“Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, №11, maddə 649; 2005, №4, maddə 278; 2007, №11, maddə 1053; 2008, №6, maddə 455) aşağıdakı dəyişikliklər edilsin:

1. 5-ci maddənin II hissəsinin 6-cı bəndi aşağıdakı redaksiyada verilsin:

“6) toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı);”.

2. 6-cı maddə üzrə:

2.1. I hissədə “şəxsdir” sözündən əvvəl “bir və ya bir neçə hüquqi və ya fiziki” sözləri əlavə edilsin;

2.2. III hissə ləğv edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 noyabr 2012-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin