Serbiya Gürcüstanda səfirlik açacaq
Tbilisi, 16 iyun, AZƏRTAC
Tbilisidə Serbiyanın səfirliyi fəaliyyətə başlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiçlə Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin görüşündən sonra bildirilib.
İrakli Kobaxidze Serbiya Prezidentinin Gürcüstana ilk rəsmi səfərini yüksək qiymətləndirib. Bildirib ki, Serbiyanın Tbilisidə səfirlik açması ilə bağlı qərarı son dərəcə vacib bir addımdır.
"Əminəm ki, diplomatik nümayəndəlik ölkələr arasında əməkdaşlığın daha da möhkəmlənməsinə əhəmiyyətli dərəcədə töhfə verəcək", - deyə Baş nazir bildirib.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [14:25]
Yaponiya ekstremal istilərə hazırlaşır
- 16.06.2026 [13:55]
Çində 6,4 bal gücündə zəlzələ olub
- 16.06.2026 [12:57]
Qazaxıstan-Rusiya sərhədində 600-dən çox yük maşını tıxacda qalıb
- 16.06.2026 [12:24]