Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və Sizə cansağlığı, şəxsi xoşbəxtlik və uğurlar diləyimi çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, birgə səylərimiz xalqlarımız arasındakı dostluğu ölkələrimizin mənafeyi naminə daha da möhkəmləndirməyə və hərtərəfli qarşılıqlı əlaqələrimizi gücləndirməyə xidmət edəcək.

Sizin və ailənizin xoşbəxtliyi, Azərbaycan xalqının inkişafı və rifahı arzularımla yanaşı, cənab Prezident, xahiş edirəm ən dərin ehtiramımı qəbul edin.

 

Hörmətlə,

Tomislav Nikoliç

Serbiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin