Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Serbiya Respublikasının Prezidenti Tomislav Nikoliçdən

Zati-aliləri,

Sizə doğum gününüz münasibətilə səmimi təbriklərimi və arzularımı çatdırmaqdan böyük şərəf duyuram. Sizə cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə gördüyünüz bütün işlərinizdə uğurlar arzulayıram.

Xalqlarımızın dostluq əlaqələrinə söykənən və ölkələrimizin maraqlarının inkişafına əsaslanan Serbiya ilə Azərbaycan arasındakı strateji əməkdaşlıq və əlaqələrin gələcəkdə daha da inkişaf etdiriləcəyinə inanıram.

Hələ də ölkənizə səfərimin xoş təəssüratları ilə yaşayıram. Sizi ən yaxın dostlara göstərilən qonaqpərvərliklə qarşılamaq üçün mənə imkan yaradacağınıza ümid edirəm.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Sizə bir daha öz dərin ehtiramımı bildirirəm.

Hörmətlə,

Tomislav Nikoliç

Serbiya Respublikasının Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin