ELM VƏ TƏHSİL
Serbiyalı tələbələr Xəzər Universitetində olmuşlar
Bakı, 16 sentyabr (AZƏRTAC). Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının Serbiya Universitetlər Birliyi ilə əməkdaşlığı çərçivəsində Serbiyanın Belqrad Dövlət, Niş Dövlət və “Singidunum” universitetlərinin tələbələri Xəzər Universitetində olmuşlar.
Xəzər Universitetindən AZƏRTAC-a bildirmişlər ki, qonaqlar əvvəlcə universitetin təsisçisi, direktorlar və qəyyumlar şurasının sədri, professor Hamlet İsaxanlı ilə görüşmüşlər. Görüşdə serbiyalı tələbələrə universitet və təhsil sistemi haqqında geniş məlumat verilmişdir.
Sonra qonaqlar universitetin fəaliyyəti ilə tanış olmuş, kitabxana, xalça muzeyi, dərs otaqlarını gəzmişlər.