İQTİSADİYYAT
Sergey Levin: Azərbaycanla Rusiyanın aqrar sənaye sahəsində çox sıx əlaqələri mövcuddur
Bakı, 27 sentyabr, AZƏRTAC
Azərbaycanla Rusiya arasında aqrar sənaye sahəsində çox sıx əlaqələr mövcuddur. Bu əlaqələri daha da genişləndirmək üçün imkanlarımız böyükdür.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Rusiyanın kənd təsərrüfatı nazirinin müavini Sergey Levin deyib.
“Azərbaycan iri meyvə-tərəvəz ixracatçısıdır və Rusiya bazarına geniş çıxış imkanları var. Rusiya isə öz növbəsində Azərbaycana taxıl və digər kənd təsərrüfatı məhsullarının ən iri ixracatçısıdır. Rusiyanın Kənd Təsərrüfatı Nazirliyi ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması üçün münbit şərait yaradacaq”, - deyə nazir müavini bildirib.