REGİONLAR
“Sərhəd” Hərbi İdman Oyunlarının zona yarışının qalibləri mükafatlandırılıb
Şəmkir, 19 may, Famil Quliyev, AZƏRTAC
Gənc nəslin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, həmçinin gənclərin ölkədə aparılan hərbi siyasətlə yaxından tanışlığı məqsədi ilə Dövlət Sərhəd Xidmətinin Şəmkirdə yerləşən N saylı hərbi hissəsində “Sərhəd” Hərbi İdman Oyunlarının 2-ci zona yarışı keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə yarış iştirakçılarına turnirin qaydaları haqqında ətraflı məlumat verilib.
Gərgin mübarizə şəraitində keçən zona yarışında Ağstafa komandası 1-ci, Qazax komandası 2-ci, Şəmkir komandası 3-cü yerin sahibi olub.
Sonra yarış iştirakçıları hərbi hissədə yaradılmış şəraitlə yaxından tanış olaraq, əsgərlərlə birlikdə nahar ediblər.
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.