SİYASƏT
SƏRHƏDSİZ REPORTYORLAR İTTİFAQININ BAŞ KATİBİ AZƏRBAYCANDA OLMUŞDUR
Sərhədsiz Reportyorlar İttifaqının baş katibi Robert Menard Azərbaycanda olmuşdur.
Rabitə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, nazirlikdə Robert Menardla görüş olmuşdur.
Görüş zamanı Azərbaycanda İnternet şəbəkəsinin guya inkişaf etməməsi barədə beynəlxalq qurumlara həqiqətə uyğun olmayan məlumatlar verilməsi məsələsi müzakirə olunmuşdur. Qonaq özünün təmsil etdiyi ittifaq tərəfindən heç vaxt belə məlumatların yayılmadığını demişdir. Baş katib, həmçinin gələcəkdə ittifaqın informasiya bülletenlərində ölkəmizin İnternet şəbəkəsinin vəziyyəti barədə məlumatlar dərc edilərkən rəsmi mənbələrə istinad olunacağına söz vermişdir.