SİYASƏT
“Şərq tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclası keçiriləcəkdir
Bakı, 20 iyul (AZƏRTAC). Avropa İttifaqının (Aİ) “Şərq tərəfdaşlığı” proqramının üzvü olan ölkələrin xarici işlər nazirlərinin növbəti iclası iyulun 23-də Brüsseldə keçiriləcəkdir. İclasda Azərbaycanı xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcəkdir.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 20-də Azərbaycanın xarici siyasət idarəsinin mətbuat katibi Elman Abdullayev demişdir.
E.Abdullayev bildirmişdir ki, tədbirdə Aİ-Azərbaycan münasibətlərinin hazırkı vəziyyəti, “Avropa qonşuluq siyasəti” və “Şərq tərəfdaşlığı” proqramları ilə bağlı məsələlərin müzakirəsi gözlənilir.
M.Məmmədquliyev, həmçinin iyulun 24-dən 28-dək Cenevrədə səfərdə olacaqdır. Səfər zamanı Azərbaycanın Dünya Turizm Təşkilatına üzvlüyü prosesi çərçivəsində ABŞ, Kanada, Braziliya və Çin ilə ikitərəfli danışıqlar aparılacaqdır. Eyni zamanda, səfər çərçivəsində üzvlük məsələsi ilə bağlı BMT-nin Ticarət və İnkişaf üzrə Konfransı ilə məsləhətləşmələrin keçiriləcəyi nəzərdə tutulmuşdur.