DÜNYA
Şərq ulduz falı (16-22 yanvar)
OĞLAQLAR yeni ideya və layihələri cəsarətlə həyata keçirə bilərlər. İlin əvvəlində buna şərait yaranacaqdır. Lakin bu işə çox böyük həvəslə girişməyə tələsməyin. İş ritminə yavaş-yavaş, tələsmədən alışmağa çalışın, onda daha gözəl nəticələrə nail ola bilərsiniz. Şəxsi məsələləri münaqişələrə yol vermədən həll etmək üçün nəzakətli olun.
DOLÇALAR bütün maneələri asanlıqla dəf edirlər. Lakin hər halda iri işlərin qulpundan təkbaşına yapışmağa dəyməz. Siz ideyalarınızı dəstəkləyəcək insanlar tapmalısınız. İşdə həmkarlarınız və rəhbərliklə münasibətləriniz yaxşılaşacaqdır. Dostlar əhatəsində keçirdiyiniz istirahət günləri sizə bol-bol sevinc və xoş təəssürat bəxş edəcəkdir.
BALIQLAR yeni işə başlamamışdan əvvəl yaxşı-yaxşı düşünməlidirlər. Ola bilsin, vəziyyəti bir o qədər də düzgün qiymətləndirməmisiniz. İndi başlıca məsələ səhvə yol verməməkdir. Hər şeyin öz-özünə alınacağını düşünsəniz, böyük xətaya yol vermiş olarsınız. Diqqətinizi işinizə yönəldin. Faydalı insanlarla münasibət qurmaq imkanlarını əldən verməyin.
QOÇLARIN qarşıya qoyduqları vəzifələri planauyğun şəkildə həyata keçirmələri öz bəhrəsini verəcəkdir. Yaxşı bilirsiniz ki, tısbağanın finişə birinci çatması dovşanın imkanlarından heç də az deyildir. Siz vicdanla işləmisiniz və vəzifənizi layiqincə yerinə yetirmisiniz. İndi də halal zəhmətinizin bəhrəsini görürsünüz. Maddi durumunuz sabit olsa da, maliyyə işləriniz bir o qədər də parlaq vəziyyətdə deyildir. Odur ki, bahalı şeylər almaqdan çəkinməlisiniz.
BUĞALAR riskli addımlara cəsarət etməmişdən əvvəl hər şeyi yaxşı ölçüb-biçməlidirlər, çünki gələcəkdə bir çox məsələlər fərasətinizdən və ehtiyatlı davranmağınızdan asılı olacaqdır. Siz lazımlı adamlarla görüşə bilərsiniz. Fikir ayrılıqları və anlaşılmazlıq üzündən bəzi tərəfdaşlarla işgüzar münasibətləriniz pozula bilər.
ƏKİZLƏRƏ rəhbərlik təşəkkür elan edəcəkdir. Bildiyiniz faydalı informasiya uğur qazanmağınıza kömək edəcəkdir. Yalnız qətiyyətli və cəsarətli davranmalısınız. Özünüzü təsdiq etmək, peşənizdə yeni nailiyyətlər qazanmaq və daha yüksək həyat səviyyəsinə çıxmaq üçün əlverişli dövrdür.
XƏRÇƏNGLƏR bütün işləri birnəfəsə görməyə çalışmamalıdırlar. Düşündüklərinizi sakit və planlı şəkildə həyata keçirsəniz, işləriniz yağ kimi gedəcəkdir. Bu günlər keçirdiyiniz bütün görüşlər uğurlu olacaqdır. Günün nəbzini tuta biləcəksiniz. Hadisələri düzgün qiymətləndirməyiniz sərfəli maliyyə təklifi almağınıza kömək edəcəkdir.
ŞİRLƏR güclərini bir yerə toplayıb yarımçıq qalan işlərini tamamlayacaqlar. Nəticə gözlədiyinizdən qat-qat yaxşı olacaqdır. Həyat eşqiniz yüksələcək, işdə fərqlənəcəksiniz. Bəlağətli sözləriniz yağ kimi insanların canına yayılacaqdır. Onlara həssas münasibət bəsləməyiniz sizə çoxlu yeni dost qazandıracaqdır.
QIZLAR özlərini yeni ampluada təqdim edəcəklər. Çoxdan düşündüyünüz layihələri həyata keçirəcəksiniz. Üstəlik, yeni iddialı layihəyə girişmək imkanı yaranacaqdır. Ailə büdcənizə ziyan dəyməyəcəkdir. Xırda-para uğursuzluqlara və ləngimələrə baxmayaraq, son nəticədə hər şey ürəyinizcə olacaqdır.
TƏRƏZİLƏR aydın başa düşürlər ki, uğur qazanmaları yalnız biliklə təcrübənin vəhdətindən asılı olacaqdır. Yaxınlarınız məqsədinizə çatmaqda sizə kömək edəcəklər. Bir şərtlə ki, məqsəd real olsun. Əmək haqqınız artırıla bilər, yaxud mükafat ala bilərsiniz.
ƏQRƏBLƏR istedadlı təşkilatçı olduqlarını sübut edəcəklər. Ətrafınıza sadiq tərəfdaşlar toplayacaqsınız. Bu günlər sizin üçün mümkün olmayan iş yoxdur. Ən başlıcası əmək ritmini düzgün tutub enerjini müsbət məcraya yönəltməkdir. İnadkarlığınız sayəsində ən ümdə arzunuza çatacaqsınız. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar.
OXATANLAR ideya və təkliflərlə rəhbərliyə müraciət edə bilərlər. Təşəbbüsünüz rəhbərliyi həqiqətən maraqlandıracaqdır. Hər şey inadkarlıq dərəcəsindən asılı olacaqdır. Gücünüzə əsla şübhə etməyin. Bu həftə sizin üçün çox uğurlu olacaqdır. İxtisasınızı və peşəkarlıq səviyyənizi artırmaq imkanınız olacaqdır.