Şərurda fermada, Kəngərlidə yaşayış evində yanğın olub



Naxçıvan, 23 mart, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Şərur rayon Siyaqut kəndində heyvandarlıq fermasında, Kəngərli rayon Qıvraq qəsəbəsində isə fərdi yaşayış evində yanğın hadisəsinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, məlumatlarla əlaqədar dərhal Şərur və Kəngərli rayon Dövlət Yanğından Mühafizə hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.
Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Siyaqut kəndində hadisə nəticəsində 400 kvadratmetr sahəsi olan fermanın bir tikilisinin çardaq-tavan hissəsi və içərisində olan 150 metr 75 diametrli plastik boru yanıb, iki 600 kvadratmetr və 200 kvadratmetr sahəsi olan digər tikililər yanğından mühafizə olunub.
Qıvraq qəsəbəsində 1 mərtəbəli, 3 otaqlı, 144 kvadratmetr ümumi sahəsi olan fərdi yaşayış evinin 18 kvadratmetr tavan hissəsi yanıb, evin 126 kvadratmetr tavan hissəsi və digər hissələri içərisindəki əşyalarla birlikdə yanğından mühafizə olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.04.2025 [17:05]
Naxçıvanda dələduzluq edən şəxs saxlanılıb
- 22.04.2025 [17:02]
Naxçıvanda kiçik, orta və iri sahibkarlıq subyektləri ilə görüş olub
- 22.04.2025 [16:04]
Naxçıvanda fərdi baytarlara yeni avadanlıq və ləvazimatlar təqdim olunub
- 22.04.2025 [15:24]
Uşaq İncəsənət Festivalı Gəncədə - FOTOREPORTAJ
- 22.04.2025 [12:52]