Azərbaycan Dövlət İnformasiya Agentliyi

Şərurda “PeşəFest-2026” baş tutub

Naxçıvan, 15 oktyabr, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin (DMA) həyata keçirdiyi "PeşəFest-2026" layihəsinin Naxçıvan Muxtar Respublikasında (MR) növbəti dayanacağı Şərur şəhəri olub.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, “Peşə öyrən, gələcəyini qur!” devizi ilə təşkil olunan festival şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq və gənclərin peşə seçiminə dəstək olmaq məqsədi daşıyır.

Tədbirdə Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Fərid Bağırzadə, millət vəkili Vüqar Rəhimzadə, Şərur Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Kamal Cəfərov, Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev, DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov, həmçinin ayrı-ayrı dövlət və özəl təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Nazir F.Bağırzadə çıxışında gənclərin gələcək karyera istiqamətlərinin müəyyənləşdirilməsində peşəyönümü tədbirlərinin əhəmiyyətinə diqqət çəkib. O, əmək bazarının sürətlə dəyişən tələbləri şəraitində gənclərin müasir peşələr və yeni məşğulluq imkanları barədə məlumatlandırılması, onların maraq və qabiliyyətlərinə uyğun peşə seçiminə yönləndirilməsinin xüsusi önəm kəsb etdiyini vurğulayıb. Bildirib ki, “PeşəFest” gənclərin müxtəlif peşə sahələri ilə yaxından tanış olmalarına, həmin sahələr üzrə tələb olunan bilik və bacarıqlar haqqında təsəvvür əldə etmələrinə, eləcə də öz potensiallarını daha düzgün qiymətləndirmələrinə şərait yaradır.

Deputat V.Rəhimzadə çıxışında bildirib ki, dövlətimizin gənclər siyasətinin təməlində intellektual, eyni zamanda, peşəkar kadrların yetişdirilməsi və onların məşğulluğunun təminatı dayanır. O, “PeşəFest” layihəsinin də bu məqsədə xidmət etdiyini və gənclərimizin gələcək karyera yolunu müəyyənləşdirmək, eləcə də onlara müasir əmək bazarının tələblərini aşılamaq baxımından müstəsna əhəmiyyət daşıdığını deyib.

Şərur RİH başçısı K.Cəfərov qeyd edib ki, “PeşəFest” kimi təşəbbüslər gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə, peşə təhsilinə marağın artırılmasına və yerli əmək bazarının ixtisaslı kadrlara olan tələbatının ödənilməsinə töhfə verir. Rayonun iqtisadi potensialının inkişafında peşəkar kadr hazırlığının mühüm rol oynadığını bildirən icra başçısı gənclərin düzgün peşə seçiminin onların gələcək karyera imkanları üçün vacib olduğunu diqqətə çatdırıb.

Rektor E.İsayev isə deyib ki, müasir əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli kadrların yetişdirilməsi və peşə təhsilinin nüfuzunun artırılması vacib vəzifələrdən biridir. “PeşəFest”in bu baxımdan əhəmiyyətinə toxunan rektorun sözlərinə görə, bu festival gənclərə sadəcə peşə seçimi imkanı deyil, həm də öz potensiallarını kəşf edərək real iş dünyası ilə birbaşa təmas qurmaq şansı yaradır.

DMA sədri H.Abbasov çıxışında Naxçıvanda insan kapitalının inkişafı və gənclərin peşə potensialının üzə çıxarılması baxımından “PeşəFest” layihəsinin əhəmiyyətini qeyd edib. O bildirib ki, regionun iqtisadi və istehsal imkanları, eləcə də xidmət sahələrinin genişlənməsi müxtəlif peşələr üzrə yeni perspektivlər formalaşdırır. Sədr vurğulayıb ki, festival məktəblilərin peşələr haqqında praktiki təsəvvür əldə etmələrinə, peşənin mütəxəssisləri ilə birbaşa ünsiyyət qurmalarına və maraqlarına uyğun gələcək karyera yolunu müəyyənləşdirmələrinə dəstək olur.

Festival çərçivəsində peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətlərini diqqətə çatdırıblar. Onlar festival iştirakçılarına peşə seçimi ilə bağlı tövsiyələr veriblər.

“PeşəFest-2026”da əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlar barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, əşyaların interneti (“ağıllı texnologiya”ların internet vasitəsilə məlumat mübadiləsi - IoT) üzrə mütəxəssis, uçuş mühəndisi, geyim üzrə dizayner, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayner (sayt, tətbiq dizayneri) istiqamətləridir.

Festival iştirakçıları bu peşələrin özünəməxsusluqları və tələb olunan bacarıqlar barədə faydalı məlumatlar əldə etmək, mütəxəssislərlə ünsiyyət qurmaq imkanı qazanırlar.

Müxbir - Nail Əsgərov

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Dmitri Nataluxa: Ukrayna yeni aktivlərin əldə edilməsi ilə bağlı Azərbaycanın biznes nümayəndələri ilə danışıqlar aparır - EKSKLÜZİV

Xudatda avtomobil yanaraq yararsız hala düşüb

Tallində “Ad günü şamları” sənədli filminin dünya premyerası olub

Medina Tuqanova: Türkiyəli dinləyicilər Azərbaycan musiqisini çox sevirlər

Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib

Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib

Dövlət Komitəsi: İrəvan Göy məscidinin mərasim zalına erməni şairin adının verilməsi sülh səylərinə qarşı təxribatdır

Dublindən Bakıya: Azərbaycanın Avropa siyasi məkanında artan rolu və fəal dialoq diplomatiyası

UNEC-in yeni rəsmi saytı təqdim olunub

Əfsanə Mehdiyeva RAGB-nin gələcəyi və gənclər diplomatiyası haqqında

KTMT sammitində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi barədə qərar qəbul olunub

G7 ölkələri süni intellekt texnologiyalarının təhlükəsizliyinin vacibliyini vurğulayıb

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

Bir gözü yolda, bir gözü ekranda... VİDEO

GAİM-in gənc güləşçiləri beynəlxalq arenada uğur qazanıblar

Leyla Əliyeva COP31 çərçivəsində Azərbaycan pavilyonunda olub

Media və Yayım Şurasının təşəbbüsü ilə növbəti təlim proqramına başlanılıb

Həmyerlimiz İsveçdə komitə sədrinin birinci müavini vəzifəsinə təyin olunub

Qobustanın Təklə kəndi ərazisində mindən çox şam ağacı əkilib

İrəvan Göy məscidində keçirilən tədbir Azərbaycan müsəlmanları tərəfindən qınanılıb

Krakovdakı faciə ilə əlaqədar Azərbaycan Hökuməti adından Polşaya başsağlığı verilib

Ştutqart Azərbaycan Evində Zəfər Gününə həsr olunan tədbir keçirilib

Mozaik dünyasının rəngləri: Oqtay Şıxəliyevin 95 illiyinə həsr olunmuş sərgi

Qərbi Azərbaycana həsr olunmuş kitabın özbək dilində nəşri təqdim edilib

“Google”, “Meta” və “TikTok” İndoneziyada hökumətin təklif etdiyi yeni müəlliflik hüququ qanununa etiraz edir

44 gündə qazanılan Zəfərin arxasında onilliklərin zəhməti və güclü iradə dayanır - ŞƏRH

Prezident İlham Əliyevin sosial media hesablarında COP31-in Liderlər Sammiti ilə bağlı videoçarx paylaşılıb VİDEO

Milli Məclis komitələrinin birgə iclasında 2027-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinə baxılıb

BŞTİ-nin tabeliyindəki bağçalarda valideyn konfranslarına başlanılıb

Azərbaycan və Böyük Britaniya təqvimlərinin müqayisəli təhlili: Kelt ənənələrindən Novruza qədər

Küveytdə KƏŞ-ə üzv dövlətlərin vahid hərbi komandanlığının qərargahı yaradılacaq

Sadır Japarov namizədliyini dəstəkləmək üçün 60 min seçici imzası toplayıb

Bakı Dəniz Limanında konteyner aşırmaları 31 faiz artıb

Prezident İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb VİDEO

Edinburqdan Oksforda, oradan Sauthemptona: azərbaycanlı gənc tədqiqatçının elm yolu - MÜSAHİBƏ

OPEC qlobal neft tələbatının artımına dair proqnozlarını dəyişməyib

Oktyabrda OPEC-in sutkalıq neft hasilatı 2 milyon barelədək artıb

Saymon Stil: COP31-də genişmiqyaslı tədbirlər barədə razılığa gəlmək imkanımız var

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Daha iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib VİDEO

Azərbaycan cüdoçusu Bakıda Avropa çempionu olub

Prezident İlham Əliyevin Xankəndi müraciəti: Zəfərdən yeni strateji hədəflərə - TƏHLİL

Mədəniyyət Nazirliyi qrant müsabiqəsi elan edib

“Qızların Təhsilinə Dəstək” layihəsi çərçivəsində bir qrup tələbə təltif edilib

Professor: Sahibkarlar dövlət dəstəyinin müqabilində ölkənin iqtisadi və intellektual inkişafına töhfə verməlidirlər

Baş katib: Avropa çempionatı eşitmə məhdudiyyətli cüdoçularımız üçün böyük həyəcan və məsuliyyət deməkdir

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfrans təşkil edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər YENİLƏNİB-2 VİDEO

Səfir: Azərbaycan-Ukrayna dostluq münasibətləri bu gün yeni məzmun kəsb edir

Bazarlarda ərzaq məhsullarının təhlükəsizliyinə necə əmin ola bilərik?

“Azparking” adından istifadə edilməklə vətəndaşlara qarşı fişinq hücumları həyata keçirilir

Azərbaycan boksçusu Yeniyetmələrin Yay Olimpiya Oyunlarında finala yüksəlib

Moskvada “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb

COP31-də Qarabağ Dirçəliş Fondunun sifarişi ilə çəkilən “Ölümcül miras” sənədli filmi nümayiş olunub

Azərbaycan və Qana kənd təsərrüfatı sahəsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsini nəzərdən keçirib

Müəllim: Kamançanın tədrisində milli ifaçılıq ənənələri qorunmalıdır

Fondu zərərdə olsa da “Arini”nin qurucusu Londonda 40 milyon funt sterlinqə malikanə almağa razılaşıb

Azərbaycan və Gürcüstanın regionları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub

Rumıniya nəqliyyatçıları Azərbaycan üzərindən keçən Orta Dəhlizin genişləndirilməsində yeni imkanlar görürlər

Məktəblər üçün 146-4 texniki dəstək xətti fəaliyyətə başlayıb

Qida təhlükəsizliyi sahəsində məsafədən təlimlərə start verilib

Azərbaycan Honkonqun nüfuzlu universitetləri ilə akademik əlaqələri gücləndirir

AzMİ Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin layihəsində iştirak imkanı əldə edib

Ekspert: ABŞ-dəki aralıq seçkilərdən sonra Tramp-Kim sammitinin baştutma ehtimalı artır

Rusiya ilə Ukrayna arasında hərbi əsirlərin mübadiləsi üzrə razılıq əldə edilib

Prezident Ərdoğan COP31-də bütün dünyaya qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb

İngiltərə Bankının keçmiş baş iqtisadçısı: Britaniya iqtisadiyyatı ciddi böhranla üzləşə bilər

Milli Kitabxanada “Xalq şairi Balaş Azəroğlu – 105” adlı ənənəvi kitab sərgisi açılıb

Heydər Əliyev Fondu COP31 çərçivəsində pavilyonla təmsil olunur

AYNA 35 avtobus marşrutu üzrə müsabiqə elan edib

Azərbaycan Əqli mülkiyyət və süni intellekt üzrə Qlobal Forumda təmsil olunub

Neft bazarında qeyri-müəyyənlik davam edir

Milli Kibertəhlükəsizlik Agentliyi: Dövlət Yol Polisinin adından fişinq hücumları müşahidə olunur

Bakıda eşitmə qabiliyyəti məhdud cüdoçular arasında Avropa çempionatının açılışı olub

Rəqəmsal inkişaf və nəqliyyat naziri Sabirabadda vətəndaşların müraciətlərini dinləyəcək

Azərbaycanda kiberhücum indikatorlarının sayı 3 dəfə artıb

Lüksemburq: LuxAz assosiasiyası “La Fête de bienvenue” tədbirində Azərbaycan mədəniyyətini təqdim edib

Azərbaycan 30-cu Ümumdünya İnvestisiya Konfransında təmsil olunub

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

İki mina partlayışından sağ çıxan istehkamçı: Uşaqlara dedim ki, niyə baxırsınız, gəlin kömək edin VİDEO

Böyük Britaniyada yüzlərlə məktəbə bomba hədəsi göndərilib

® “Birbank Taksit” kartı ilə noyabr alış-verişlərinə əlavə 5 faiz bonus

Azərbaycan və Çin arasında təhsil sahəsində birgə təşəbbüslər nəzərdən keçirilib

Konqo müstəmləkəçilik dövründə Belçikaya aparılan insan qalıqlarının qaytarılmasını tələb edir

Bakıda Frankofon Filmlər Festivalı təşkil olunacaq

Braziliya Prezidenti: İqlim fəlakətləri ehtimalı artır

“Ağırlıq qüvvəsi haqqında şagirdlərin hansı yanlış təsəvvürləri var?” - metodik vəsait

Gələcəkdə maliyyə qurumlarının təhlükəsizlik sistemlərində süni intellektin rolu daha da artacaq – ŞƏRH

Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı: alimlərin yeni tədqiqatları

Dəmir Yollarının Astara Terminalında ən yüksək yükaşırma göstəriciləri qeydə alınıb

Qızılın qiyməti kritik həddə yaxın səviyyədədir

ADPU-da Konstitusiya Günü qeyd olunub

Səməd Vurğunun son sevincinə çevrilən “Aygün”

BMT-nin komitəsində Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş “İtkin düşmüş şəxslər” qətnaməsi qəbul edilib

İspaniyada ümumi tətil səbəbindən 200-dən çox aviareys ləğv edilib

Avropanın gələcəyi faciəlidir

Türkiyə Prezidenti iqlim sammitlərinin təşkilində təcrübələrini bölüşdüklərinə görə Azərbaycana və Braziliyaya təşəkkür edib

Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə qulluğa qəbulla bağlı növbəti müsabiqə elan edilib

İran zənginləşdirilmiş nüvə materiallarının ölkədən çıxarılmasına icazə verməyəcək

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Astarada baş verən yol qəzasında 16 nəfər xəsarət alıb YENİLƏNİB VİDEO

Mərkəzi Bankın nümayəndələri Xankəndidə vətəndaşların müraciətlərini dinləyəcəklər

Prezident İlham Əliyevin Xankəndidəki müraciəti dərin tarixi və siyasi məna daşıyır - ŞƏRH

İsraildə zəlzələ hava limanının fəaliyyətini dayandırıb