Şərurda qəza baş verib, 2 nəfər xəsarət alıb
Naxçıvan, 12 fevral, AZƏRTAC
Naxçıvanda yol qəzası baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Şərur rayonu Daşarx kəndindən keçən hissəsində qeydə alınıb. Qəza zamanı 74-BD-219 dövlət nömrə nişanlı "VAZ 2107" markalı avtomobillə 27 AOZ 83 Türkiyə dövlət nömrə nişanlı yük avtomobili toqquşub. Qəzada minik avtomobilinin sürücü və sərnişini xəsarət alıb, onlar Şərur Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib, fakt araşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [16:43]
Lənkəranda genişmiqyaslı abadlıq və infrastruktur işləri davam etdirilir
- 16.11.2026 [12:54]
Gəncənin ənənəvi maddi mədəniyyəti yeni monoqrafiyada
- 16.11.2026 [12:13]
Məktəbin qarşısında avtoxuliqanlıq edən sürücü həbs edilib
- 16.11.2026 [11:23]
Naxçıvanda ötən həftə 4 yanğın hadisəsi qeydə alınıb
- 16.11.2026 [11:13]