Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Səudiyyə Ərəbistanı Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Səudiyyə Ərəbistanı Azərbaycan ilə bütün sahələrdə əlaqələrin inkişafında maraqlıdır

Bakı, 11 mart (AZƏRTAC). Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfiri Rasim Rzayev bu ölkənin Baş nazirinin ikinci müavini Şahzadə Muqrin bin Əbdüləziz Al Səud ilə görüşmüşdür.

Səfirlikdən AZƏRTAC-a bildirmişlər ki, R.Rzayev Azərbaycanın tarixən dini və mədəni köklərlə bağlı olduğu Ərəb ölkələri, xüsusilə də regionda və İslam ölkələri arasında lider mövqeyə malik Səudiyyə Ərəbistanı ilə əlaqələrin hərtərəfli inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirmişdir.

Səfir Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında siyasi, ticari-iqtisadi, müdafiə və müdafiə sənayesi, investisiya qoyuluşu, mədəniyyət və turizm, həmçinin bir sıra digər sahələrdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsinin, strateji əməkdaşlığın qurulmasının vacibliyini diqqətə çatdırmışdır. O, gələcək illərdə əlaqələrin inkişafı istiqamətində daha intensiv fəaliyyətin aparılmasının zəruriliyini vurğulamışdır. Diplomat əməkdaşlıq əlaqələrinin bütün sahələrdə genişlənəcəyinə və inkişaf edəcəyinə, ticarət dövriyyəsi və səfər mübadilələrinin artacağına ümidvar olduğunu bildirmişdir. Söhbət zamanı Azərbaycanda xarici investisiyaların qorunması və təşviqi üçün qanunverici bazanın mövcudluğu diqqətə çatdırılmış, Səudiyyə Ərəbistanı tərəfindən ölkəmizə investisiya yatırılması üçün geniş imkanların olduğu bildirilmişdir.

Görüşdə, həmçinin Azərbaycanın bir çox sahələrdə əldə etdiyi nailiyyətlər, ölkədə son illər həyata keçirilmiş iqtisadi islahatlar, neft-qaz sahəsinin inkişafı istiqamətində görülən işlər, regional və qlobal əhəmiyyətli layihələr barədə məlumat verilmişdir.

R.Rzayev Azərbaycanda kənd təsərrüfatı sahəsinin yüksələn templə inkişaf etdiyini vurğulamış, ölkəmizin kənd təsərrüfatı məhsullarının Səudiyyə Ərəbistanına ixrac edilməsi məsələsinin araşdırılmasının zəruriliyini bildirmişdir. O, Azərbaycanın turizm və səhiyyə sahələrində əldə edilmiş nailiyyətlər haqqında da ətraflı məlumat vermişdir.

Hazırda Səudiyyə Ərəbistanının bir çox səhiyyə ocaqlarında azərbaycanlı həkimlərin və tibb bacılarının fəaliyyət göstərdikləri bildirilən görüşdə tibb sahəsində çalışan əlavə azərbaycanlıların bu ölkədə işlə təmin edilmələri məqsədilə yeni müqavilələrin bağlanması haqqında fikir mübadiləsi aparılmışdır. İki ölkə arasında siyasi, ticari- iqtisadi, turizm, mədəniyyət, kənd təsərrüfatı və bir çox digər sahələrdə əlaqələrin dərinləşməsi üçün birbaşa hava xəttinin açılmasının vacibliyi diqqətə çatdırılmışdır. Həmçinin Azərbaycan və Səudiyyə Ərəbistanı hökumətləri arasında əlaqələrin genişləndirilməsinin, qarşılıqlı səfər mübadilələrinin intensivləşdirilməsinin zəruriliyi qeyd edilmişdir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir ermənilərin Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində torpaqlarımızın 20 faizinin işğal olunduğunu, 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkünə çevrildiyini bildirmişdir. Diplomat işğal altında olan torpaqlarımızda ermənilər tərəfindən etnik təmizlənmənin aparıldığını, beynəlxalq ictimaiyyətin münaqişənin həlli ilə bağlı rəyinin Azərbaycan üçün böyük əhəmiyyət kəsb etdiyini söyləmişdir. O, Azərbaycanın problemlə bağlı regionda və dünyada böyük nüfuza malik olan Səudiyyə Ərəbistanının daim dəstəyinə ehtiyac duyduğunu vurğulamışdır. Səfir Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini daim dəstəkləndiyinə görə Səudiyyə Ərəbistanı hökumətinə minnətdarlığını ifadə etmişdir. O, tarix boyu ermənilər tərəfindən Azərbaycan xalqına qarşı qanlı cinayətlər, terror və soyqırımı aktlarının törədildiyini diqqətə çatdırmışdır.

Son zamanlar erməni diasporunun bir sıra Körfəz ölkələrində fəallaşmasının qeyd edildiyi görüşdə ermənilərin Azərbaycan ilə Ərəb ölkələri arasında dostluq və qardaşlıq əlaqələrinə xələl gətirməyə cəhd göstərdiyi bildirilmişdir.

R.Rzayev Səudiyyə Ərəbistanının bu günədək işğalçı Ermənistan ilə diplomatik münasibətlər qurmadığını təqdirəlayiq hal kimi xüsusi vurğulamışdır. O, 1994-cü ildə ümummilli lider Heydər Əliyevin Səudiyyə Ərəbistanına səfəri zamanı Kral Fəhd ilə görüşündə Kralın Ulu Öndərə “ermənilər Azərbaycanın işğal etdikləri torpaqlarından silahlı qüvvələrini çıxardıqdan sonra Səudiyyə Ərəbistanı Ermənistan ilə diplomatik münasibətlərin qurulması məsələsinə baxa bilər” sözlərini xatırlatmışdır.

Şahzadə Muqrin bin Əbdüləziz Al Səud Səudiyyə Ərəbistanının bütün İslam ölkələri ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə böyük əhəmiyyət verdiyini, onlara öz dəstəyini əsirgəmədiyini bildirmişdir. O, Səudiyyə Ərəbistanının BMT, İƏT və digər beynəlxalq təşkilatlarda ölkəmizin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli mövqeyini daim dəstəklədiyini, ərazi bütövlüyünü tanıdığını və hörmətlə yanaşdığını vurğulamışdır.

Azərbaycan ilə bütün sahələrdə ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını bildirən Şahzadə xüsusən də ticari-iqtisadi, investisiya qoyuluşu, kənd təsərrüfatı, turizm və mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsi və gücləndirilməsi məqsədilə hər iki ölkənin müvafiq qurumlarının nümayəndə heyətləri və iş adamlarının qarşılıqlı səfər mübadilələrinin həyata keçirilməsinin zəruriliyini diqqətə çatdırmışdır. Hər iki tərəfdən ekspertlər və yüksək rütbəli məmurlar, habelə nazirlər səviyyəsində görüşlərin təşkilinin də vacibliyi bildirilmişdir. Muqrin bin Əbdüləziz Al Səud öz növbəsində Azərbaycan-Səudiyyə Ərəbistanı əlaqələrinin inkişafı üçün iki ölkə arasında birbaşa hava xəttinin açılmasının zəruri olduğunu vurğulamışdır. Buna nail olmaq məqsədilə hər iki ölkənin müvafiq aviaşirkətləri arasında müzakirələrin aparılmasının vacibliyi qeyd edilmişdir. Muqrin bin Əbdüləziz Al Səud hər iki ölkənin təbliğ edilməsi baxımından KİV-lər arasında da əməkdaşlığın gücləndirilməsinin önəmini bildirmişdir. Azərbaycanda mədəniyyət və turizm sahələrinin inkişafının şahidi olduğunu qeyd edən Şahzadə bu istiqamətdə əməkdaşlığın genişləndirilməsi üçün hər iki ölkənin aidiyyəti qurumları arasında səfər mübadilələrinin həyata keçirilməsinin zəruriliyini bildirmişdir.

Səudiyyə Ərəbistanının “Əl-Cəzirə”, “Ər-Riyad”, “Okaz”, “Əl-Mədinə”, “Əl-Həyat”, “Əl-Şərq” qəzetləri və Səudiyyə Xəbər Agentliyi görüşlə bağlı məlumat yaymışdır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib

Qırğızıstanda dondurma maşını 28 uşağı yaralayıb