Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkətinin İdarə Heyətinin sədri Məhəmməd Əbunəyyandan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Prezident seçkilərində yenidən qələbə qazanmağınız münasibətilə “ACWA Power” şirkəti adından Sizə ən səmimi təbriklərimi çatdırıram.

Parlaq qələbəniz Azərbaycan xalqının Sizin rəhbərliyinizə və uzaqgörənliyinizə inamının, etimadının təsdiqidir.

Sizin Azərbaycan Respublikasına və xalqına xidmətlə bağlı göstərdiyiniz fədakarlıq çox həsəd aparılan rifahı və təhlükəsizliyi bərqərar etdi. Mən əminəm ki, davamlı rəhbərliyiniz Azərbaycanın qlobal arenada mühüm və etibarlı tərəfdaş kimi yerini daha da möhkəmləndirəcəkdir.

“ACWA Power” şirkəti olaraq, xidmət etdiyimiz icmalara sosial rifah və iqtisadi artım gətirən yaşıl, davamlı enerji və su layihələrini inkişaf etdirməyə sadiqliyimizi bir daha təsdiqləyirik. Sizin rəhbərliyiniz və “yaşıl transformasiya”ya baxışınızla Azərbaycan ilə əlaqələrimizi inkişaf etdirəcəyimizə inanırıq.

Hörmətlə,

 

Məhəmməd Əbunəyyan

Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power”

şirkətinin İdarə Heyətinin sədri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin