RƏSMİ SƏNƏDLƏR
SƏUDİYYƏ ƏRƏBİSTANI MƏMLƏKƏTİNİN VƏLİƏHDİ ƏLAHƏZRƏT ABDULLAH İBN ƏBDÜLƏZİZ AL SƏUDA
Əlahəzrət,
Səudiyyə Ərəbistanı Məmləkətinin milli bayramı münasibətilə Sizi və xalqınızı səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, ölkələrimiz arasındakı mehriban dostluq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq əbədi yaşayacaqdır.
Sizə möhkəm cansağlığı,işlərinizdə uğurlar, xalqınıza sülh və tərəqqi arzulayıram.
Hörmətlə,
Heydər Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 11 sentyabr 2002-ci il