DÜNYA
Seulda Koreya Respublikasının yeni Prezidentinin inauqurasiya mərasimi keçirilmişdir
Tokio, 25 fevral (AZƏRTAC). Fevralın 25-də Seulda Koreya Respublikasının yeni Prezidentinin inauqurasiya mərasimi keçirilmişdir.
Parlamentin binası qarşısında təşkil edilmiş mərasimdə çıxış edən Koreya Respublikasının yeni Prezidenti Pak Kın He Koreya Xalq Demokratik Respublikasını təxribatçı hərəkətlərdən əl çəkməyə çağırmış və bildirmişdir ki, bu, iki tərəf arasında dialoq yolu ilə münasibətlərin yaxşılaşmasına gətirib çıxara bilər.
Xarici qonaqların, o cümlədən Yaponiyanın Baş nazirinin müavini Taro Asonun da qatıldığı inauqurasiya mərasimində təxminən 70 min nəfər iştirak etmişdir.
Andiçmə mərasimindən sonra çıxış edən Prezident Pak Kın He iqtisadiyyatın sağlamlaşdırılmasına və varlılarla kasıblar arasında fərqin aradan qaldırılmasına çalışacağını bildirmişdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio