Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Sevgi sınağı

Bakı, 30 mart (AZƏRTAC). Xəbər verildiyi kimi, bu günlərdə Moskvada istedadlı gənc azərbaycanlı rəssam Məryəm Ələkbərlinin “Novruz - yeni gün” adlı sərgisi açılmışdır. Rəssamın 80-dən artıq işinin nümayiş etdirildiyi ekspozisiya Moskva Hökuməti, Moskva Şəhəri Mədəniyyət Departamenti, Rusiya Rəssamlıq Akademiyası və Moskva Müasir İncəsənət Muzeyi tərəfindən təşkil edilmişdir. Məryəm Ələkbərlinin bənzərsiz yaradıcılıq üslubu və güclü energetikası ilə fərqlənən işləri sərgiyə gələnlərin böyük marağına səbəb olmuş, tanınmış sənətşünaslar və rəssamlar tərəfindən yüksək qiymətləndirilmişdir.

Rusiya Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi, sənətşünaslıq doktoru Mixail Şvıdkoy bu gənc rəssamın yaradıcılığı barədə öz təəssüratlarını “Rossiyskaya qazeta”nın 28 mart tarixli nömrəsində dərc olunmuş “Sevgi sınağı” adlı məqaləsində şərh etmişdir.

AZƏRTAC Rusiyanın tanınmış mədəniyyət xadiminin Məryəm Ələkbərlinin sərgisinə həsr edilmiş məqaləsini oxuculara təqdim edir.

X X X

Petrovkadakı Moskva Müasir İncəsənət Muzeyində azərbaycanlı rəssam Məryəm Ələkbərlinin fərdi sərgisi açılmışdır. Rusiya Rəssamlıq Akademiyasının himayəsi ilə təşkil olunmuş sərgidə rəssamın son üç ildə yaratdığı 80-dən çox portret, natürmort, ornament və animalist işlər nümayiş etdirilir.

Bu, son 25 ildə Moskvada Azərbaycan rəssamının (və ümumiyyətlə müasir xarici rəssamların) ən böyük fərdi sərgisidir. Özü də qeyd-şərtsiz demək olar ki, bu sərgi əsl kəşfdir. Qeyri-adi iş qabiliyyətinə malik olan, rəsm çəkməyi həyatının mənası hesab edən parlaq istedadın kəşfidir.

İyirmi bir yaşı bu il yayda tamam olacaq Məryəm Ələkbərlinin işlərində Matiss və Qogenin yaradıcılığının təsiri hiss olunur. Çox güman ki, bu təsir təxminən bir il bundan əvvəl, Məryəm Ələkbərli Parisdəki Ali Dekorativ İncəsənət Məktəbində oxumağa başlayandan sonra başlamışdır. Məryəmin “Frida”, “Çəhrayı rəqs”, “Qogenin qızları” kimi işlərində ona əvvəllər tanış olmayan yeni bədii aləmi kəşf etməyin sevinci duyulur. Rəssamın əvvəlki işlərində onun 1900-1910-cu illərin rus avanqardı ilə, habelə Azərbaycan rəngkarlıq ənənələri ilə tanış olmasını hiss etmək mümkündür (bunun üçün Məryəm Ələkbərlinin “Ornament” (2008-ci il) və ya “Ayı və qızılgüllər” (2011-ci il) əsərlərinə tamaşa etmək kifayətdir). Hiss olunur ki, Məryəmin Bakıda və Moskvada təhsil aldığı dövrdə gərgin zəhməti hədər olmamışdır. Lakin gənc rəssamın ətraf aləmə və onun həyatına daxil olan incəsənətə münasibətdə təbii həssaslığına, ilbəil püxtələşən sənətkarlığına baxmayaraq, Məryəm Ələkbərlinin gerçəkliyi qavramaq və ifadə etmək prosesində nümayiş etdirdiyi heyrətamiz qətiyyət onun yaradıcılığını bənzərsiz edir.

Adətən, rəngkarların və rəsm çəkənlərin ustalığı, peşəkar səriştəsi artdıqca, böyük sələflərindən əxz etdiyi bədii üsullar ehtiyatı zənginləşdikcə, çox vaxt onlar yalnız dahi sənətkarlara xas olan keyfiyyətləri - yaradıcılıq təravətini, dünyanı uşaqlara xas olan saf bir sadəlövhlüklə qavramaq qabiliyyətini itirirlər.

Xarici və daxili varlığın qavranılmasında bu saflığı qoruyub saxlamaq, yüksək peşəkarlığa nail olmaq yalnız say-seçmə insanlara, Məryəmin də, şübhəsiz, mənsub olduğu sənətkarlara nəsib olur. Onun üçün rəngkarlıq gerçəkliklə kommunikasiyanın yeganə vasitəsi olmasa da, bu əlaqənin ən mühüm vasitəsidir. Məhz bu səbəbdən, onun yaradıcılıq eşqi, fırça ilə daim işləmək istəyi, işıq, rəng və məkan musiqisinin şəxsi anlamını kəşf etmək arzusu bu qədər güclüdür. Şüurlu və qeyri-şüurlu elementlərin dərinliyi bədii sənətdə həmişə insanı heyran edir.

İşıq və kölgə onun üçün hər şeyin başlanğıcıdır. Onun əsərlərində rəng və forma ilk növbədə işığın dəyişməsi kimi təzahür edir. Fransalı sənətşünas, müasir incəsənət tarixçisi Tyerri Düfren Məryəmin yaradıcılığını təhlil edərək yazmışdır: “İşıq hər şeyin başlanğıcı, ilkidir, işıq – həyatdır. Məryəm bunu çoxdan başa düşmüşdür. Mən onun rəsmlərini və abstrakt kompozisiyalarını ilk dəfə görəndə dərhal başa düşdüm ki, o, öz işləri ilə nəyi sübut etmiş və nəyi sübut etməyə çalışmışdır. Bu, ilk səbəblərə qayıdışdır. Məhz həmin anda bütün formalar yalnız işıqdan ibarətdir və buna görə də onlar bərabərhüquqludur. İnsanlar, heyvanlar, bitkilər, minerallar arasında fərq yoxdur. Yalnız hər şeyə üstün gələn işıq hissi vardır”.

Məryəmin rəsm əsərlərində və qaralamalarında rəngin kəskin ifadəsi işığın məhz bu cür ecazkar, ilahi tərzdə qavranılmasından irəli gəlir. Təsadüfi deyil ki, almaniyalı sənətşünas, Berlin rəssamlıq akademiyasının əməkdaşı İnqe X.Şmidt keçən il bu gənc azərbaycanlı rəssamın Berlində sərgisini açarkən onun yaradıcılığının bu keyfiyyətini xüsusi qeyd etmişdir: “O, çox gözəl rənglər seçir. Bu əlavə təzad rəngləri onun işlərində nəcib tonlar yaradır. Rənglərdən başı çıxan hər kəs bilir ki, əlavə tonlar daha yaxşı effekt yaradır. Məryəmin işlərində sarı və yaşıl rənglər ilk növbədə diqqəti cəlb edir. Aydındır ki, Məryəm bu rəngləri intuitiv olaraq seçir, onun xüsusiyyəti məhz bundan ibarətdir. Onun intuitiv etdiklərini öyrənmək üçün başqa rəssamlara illərlə vaxt lazımdır. Bu, mənim üçün bir növ ağlasığmazdır”.

Məryəmin yaradıcılığı ilə tanış olan bütün peşəkarların qeyd etdiyi bu intuitiv istedad onun tale payı, bəlkə də Tanrının seçilmiş bəndəsi olması ilə bağlıdır. Bunlar Məryəmin dünya və insanlarla xüsusi münasibətindən irəli gəlir. Rəssamlar, xüsusən gənc yaşlarında özlərini bu dərəcədə parlaq göstərənlər adi insanlardan həmişə fərqlənirlər. Lakin Məryəm sanki Tanrının ikiqat seçilmiş bəndəsidir. Anadangəlmə Daun sindromu onun həyat yolunu qabaqcadan müəyyən etmişdir. Yaxınlarının, həkimlərin, pedaqoqların sevgisi, onların gərgin mənəvi və peşəkar zəhməti bu tale yazısında onun dünyaya gəlməsinin gizli və ali mənasını üzə çıxarmışdır. Məhəbbət sanki onun yaradıcı istedadını buxovlardan azad etmiş, onun oyanmasına kömək etmişdir. Məryəm Ələkbərli bu sevgini sadəcə qəbul etməmiş, onu öz əsərlərində əks etdirərək, gözəllik harmoniyası ilə bərabər, hissə-hissə qaytarmışdır. Məryəmin Moskvadakı sərgisinin kuratoru Olqa Sviblova, Moskva Müasir İncəsənət Muzeyinin direktoru Vasili Sereteli, Rusiya Rəssamlıq Akademiyasının prezidenti Zurab Sereteli, vernisaja gəlmiş bir sıra peşəkarlar Məryəmin işlərini əsl bədii kəşf adlandırmışlar. Bu sözlərdə heç bir üzgörənlik, onun həyatda keçdiyi xüsusi yola görə güzəşt yoxdur.

Rəssamın göylərdə səslənən musiqini öz daxilində kəşf etməsi və bunu bizim hamımız üçün açıqlamasının ona nəyin bahasına başa gəldiyini biz heç vaxt bilmirik. O, bizim hamımızın təmsilçisi kimi göylərlə birbaşa söhbət edir. Eynəklərinin dəyirmi şüşələri arxasından dünyanı diqqətlə və saf baxışlarla seyr edən bu gənc rəssama baxdıqca mən xəyalən onun valideynlərinə və onu sevən insanların hamısına dönə-dönə təşəkkür etdim ki, onlar dünyanın şəfqətini onun üçün kəşf etmişlər.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Parisdə dəmir yolu işçiləri tətilə hazırlaşırlar

Sudanda Qızıl Xaç Komitəsinin əməkdaşları öldürülüb

Karla Bruni şübhəli şəxs qismində dindirilib

Konfrans Liqası: İngiltərədə sensasiya, "Fiorentina"dan çətin qələbə

Avropa Liqası: "Bayer"dən səfər qələbəsi, “Marsel”dən heç-heçə

Arıqlama preparatları istehsal edən Danimarka şirkətinin gəlirində ciddi artım müşahidə edilir

İsveçli rejissor Naxçıvanda film çəkəcək

ABŞ-də aksiyalarda həbs olunanların sayı 2 min nəfəri keçib

Macarıstanda şərab sammiti keçirilib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" "Neftçi"ni məğlub edərək yarımfinala yüksəlib

“Xalqa bağışlanmış ömürdən anlar” kitabı Bişkekdə qırğız dilində işıq üzü görüb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində dini liderlər Xankəndi, Xocalı və Ağdamda olublar VİDEO

XTNS-də Azərbaycanın faşizm üzərində qələbəyə verdiyi töhfəyə həsr olunmuş tədbirlər keçiriləcək

SOCAR prezidenti Ukraynanın “Naftoqaz” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Karmen Romero: Azərbaycanda COP29-un keçirilməsini səbirsizliklə gözləyirəm

Heydər Əliyev Sarayında "Əbədi məşəl" adlı konsert təşkil olunub

Ceyhun Bayramov BMT Baş katibinin iqlim fəaliyyəti və ədalətli keçid üzrə xüsusi müşaviri ilə görüşüb

Dünya mətbuatı VI Mədəniyyətlərarası Dialoq Forumunu diqqət mərkəzində saxlamaqda davam edir

Azərbaycan və Tacikistan xarici işlər nazirlikləri arasında məsləhətləşmələr aparılıb

Türkiyə mediası Prezident İlham Əliyevin Mədəniyyətlərarası Dialoq Forumunun açılış mərasimindəki açıqlamalarına geniş yer verib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Ukraynanın nümayəndə heyəti ilə görüş keçirilib

® “Bakcell” çempion şahmatçı Ülviyyə Fətəliyevanı təbrik etdi

“Əlyazmaların mühafizəsi, invertarlaşdırılması və pasportlaşdırılması” - mühazirə

Film Fondunda Cəfər Cabbarlının 125 illik yubileyi qeyd edilib

Martinq Kruminq: Dialoq Forumu müxtəlif mədəniyyətlərə malik insanları bir araya gətirməyə şərait yaradır

Azərbaycan Asiya İnkişaf Bankının illik toplantısında təmsil olunur

Norveçli səyahətçi: Dağıdılmış mənzərələrə şahidlik etmək həddən artıq dəhşətlidir

Azərbaycan və Türkiyə ombudsmanları arasında görüş keçirilib

Monitorinqlər davam etdirilir: 145 müəssisədə nöqsanlar aşkarlanıb

Azərbaycan-İspaniya əməkdaşlığının dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb

Rusiya Federal Məclisinin Federasiya Şurasının nümayəndə heyəti Milli Məclisdə olub

Növbəti "Təhsildə yeni çağırışlar” konfransı Xaçmazda keçiriləcək

ANAMA sədrinin birinci müavini: Mülki təyinatlı ərazilərin qəsdən minalanması insanlıq əleyhinə cinayətdir

ADNSU-nun tələbələri Fizika İnstitutunda aparılan tədqiqatlar barədə məlumatlandırılıb

Natali Minaçi: Müstəmləkəçi ölkələr yerli xalqların mədəniyyətlərini məhv etməyə çalışır

Tayeb Mansuri: Mədəniyyətlərarası dialoq ziddiyyətlərin aradan qaldırılması üçün çox gözəl vasitədir

Milli Məclislə Beynəlxalq Parlamentarilər Konqresi arasında əməkdaşlığa dair müzakirələr aparılıb

"Prezident Kuboku-2024": Azərbaycan avarçəkənləri günü 1 dəst medalla başa vurublar

Zeki Aktürk: Azərbaycanın antiterror tədbirləri nəticəsində sabitliyin bərqərar olması ilə Birgə Monitorinq Mərkəzinin fəaliyyəti başa çatıb

Milli Məclis ilə AIPA arasında əməkdaşlıq məsələləri müzakirə edilib

Slovakiya nümayəndə heyəti Forumda gündəmə gətirilən məsələlərin aktuallığını qeyd edib

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 7 mart tarixli iclas protokolunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edilir

“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Katibliyi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Yaz semestrində 5 mindən çox tələbə təhsil krediti alıb

Altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ramin Ələmşah oğlu Məmmədovun deputat səlahiyyətlərinə xitam verilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində “Açıq qapı” günü keçiriləcək

Hövsan, Mərdəkan və Şüvəlandan ekspres avtobus marşrutları fəaliyyətə başlayacaq

Norveçli səyyahlar Ağdam şəhərinə səfər ediblər VİDEO

Klublar Komitəsinin son iclasında müzakirə olunan məsələlər açıqlanıb

Mərakeş Krallığı 2024-2025-ci tədris ili üçün təqaüd proqramı elan edir

Lük Fransis Karol: Assimilyasiya siyasəti mədəniyyətlər arasında dinc qarşıdurma deyil, tam müharibədir

Gürcüstan ABŞ-la strateji tərəfdaşlıq danışıqlarından imtina edib

Milli Məclisin sədri İtaliya Parlamenti Deputatlar Palatasının vitse-prezidenti ilə görüşüb

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uqandalı nazirlə görüş keçirilib

Azərbaycan Texniki Universitetində MBA proqramı çərçivəsində müəllimlər işə qəbul edilir

Həsən Əliyev küçəsindən metronun “Koroğlu” stansiyasına qədər yeni yolun tikintisinə başlanılıb

QS-nin regional direktoru ADNSU-da olub

® Naxçıvan Baş Gömrük İdarəsində işlə bağlı stress və onun qarşısının alınmasına həsr olunan təlim keçirilib

Yeni domen adlarında Azərbaycan əlifbasında olan hərflərdən istifadə nəzərdə tutulur

Mərakeş parlamentarisi Bakı Forumunun beynəlxalq əməkdaşlığa töhfələrini yüksək dəyərləndirib

Küveytin UNESCO-dakı nümayəndəsi: Bakı Forumu çox maraqlı mövzuları əhatə etdi

“Metodist hazırlığı” müsabiqəsinə qoşulmaq istəyənlərin nəzərinə

Nur Jazlan Bin Məhəmməd: Azərbaycanın bütün dünyaya nümunə olmaq istiqamətində gördüyü işləri dəstəkləyirəm

Azərbaycan məktəbliləri 41-ci Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

İkinci Dünya müharibəsi iştirakçılarına xüsusi qayğının növbəti təzahürü

Monitorinqlər zamanı 71 ticarət və 74 ictimai iaşə müəssisəsində nöqsanlar aşkarlanıb

Tələbə Elmi Cəmiyyətinin VI elmi-praktik konfransı keçirilib

Karbonsuz istehsal, dayanıqlı inkişaf, innovativ texnologiyalar - konfrans

Azərbaycan və Belarus qida təhlükəsizliyi sahəsində əməkdaşlığı genişləndirəcək

Akkan Suver: Qalib Prezident İlham Əliyevin dialoqun önəmini vurğulaması dünyada sülhün dialoqla qurula biləcəyini bir daha göstərdi

Respublika fənn olimpiadalarının final turunun biologiya və coğrafiya üzrə ilkin nəticələri elan edilib

AIPA-nın baş katibi COP29-a hazırlıq işləri barədə məlumatlandırılıb

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi olub

Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır

Azərbaycan və Rusiya arasında cari regional vəziyyət müzakirə olunub

“Müxtəlifliyin qorunması: multikultural dünyada çağırışlar və qlobal əməkdaşlığın təşviq edilməsi” mövzusunda müzakirələr aparılıb

ICESCO-nun Baş direktoru: Biz tolerantlığı və dinc yaşamağı təşviq etməliyik

Müsəlman din xadimləri Yuxarı Gövhər Ağa məscidində namaz qılıblar

Fransız Polineziyasında və Yeni Kaledoniyada müstəqillik mübarizəsi istiqamətində atılan addımlar genişlənir

Polineziya, Korsika, Melaneziya, Karib dənizi və Antil adalarında kolonializmin fəsadları ilə bağlı ATƏT DTİHB-nin direktoruna məktub ünvanlanıb

Sivilizasiyalar Alyansının direktoru: Forumda müzakirə edilən mövzular aktuallığı ilə yadda qaldı

Bakı Forumu çərçivəsində “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı plenar sessiya keçirilib

Alternativ məktəbəqədər sinfə mediatur təşkil edilib

Səbinə Hacıyeva: Mina səbəbindən arxeoloji baxımdan çox dəyərli məkanlara daxil ola bilmirik

"Prezident Kuboku-2024": Azərbaycanın daha bir avarçəkəni medal qazanıb

Tank bölmələri ilə intensiv döyüş hazırlığı məşğələləri keçirilir VİDEO

Mərkəzi Seçki Komissiyasının iclası keçirilib VİDEO

Afrika Ümumdünya İrs Fondunun icraçı direktoru Azərbaycan Hökumətinə təşəkkür edib

İcraçı direktor: Bakı Təşəbbüs Qrupunun fəaliyyətinə Fransa tərəfindən müəyyən reaksiyalar var VİDEO

Mədəni liderlərin konsultativ görüşü: “Mədəni diplomatiya təcrübədə: mədəniyyətlərarası anlaşmanın inkişafı"

Leysan yağışlar səbəbindən Dubayda 13 aviareys ləğv edilib

Bakı Təşəbbüs Qrupunun rəhbəri: Fransanın dənizaşırı ərazilərinin və Korsikanın müstəqillik mübarizəsinə dəstək göstəririk VİDEO

ICESCO Baş katibinin müşaviri: Qeyri-maddi və maddi mədəni irs abidələri təhlükə altındadır

Baş katibin müavini: Azərbaycanın tətbiq etdiyi “ASAN Viza” sistemi turistlər üçün olduqca əlverişlidir

Heydər Əliyev Fondunun Rusiyadakı layihələri müzakirə olunub

Ərdoğan: Bəzi Avropa ölkələrində ifrat irqçiliyin dəstəkləməsi Qərb demokratiyası üçün fəlakətdir

Keniyadan olan din xadimi: Gördüyümüz mənzərə, törədilən vəhşiliklər çox ürəkağrıdıcıdır

Abbas Abbasov: Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi təsisatın əsas prinsiplərinə uyğun həyata keçirilib