İQTİSADİYYAT
“Sevimli nar nömrəsi” xidməti təqdim edilmişdir
Bakı, 10 iyun (AZƏRTAC). İyunun 10-da “Nar Mobile” daha bir sərfəli xidmətini abunəçilərinə təqdim etmişdir.
Şirkətdən AZƏRTAC-a bildirmişlər ki, abunəçilər ən sevimli “Nar” nömrəsini seçərək hər zəng zamanı 1 saatadək cəmi 5 qəpiyə danışa bilərlər.
Yeni xidmət mobil telefonun ekranında•Mobil *777#31# nömrə#YES şifrəsini yığaraq; •+ 070 sevimli etmək istədiyiniz nömrəni yazaraq, 777 nömrəsinə SMS göndərərək aktivləşdirilə bilər.
Qeyd edək ki, “Sevimli nar nömrəsi” çərçivəsində edilən zəngin maksimal davamiyyəti 1 saatdır. Birinci saniyə pulsuz, ikinci saniyədən 1 saatadək hər zəngin qiyməti 5 qəpikdir. Bu xidmətdən yalnız “5 Qəpik” tarifinin abunəçiləri istifadə edə bilərlər. Sevimli nömrənin əlavə edilməsi və dəyişdirilməsinin qiyməti 1 manatdır.
Yeni xidmət haqqında ətraflı məlumat üçün mobil telefondan *777#35#YES yığmaq, “?” yazaraq 777 nömrəsinə SMS göndərmək və ya www.NarMobile.az saytına daxil olmaq kifayətdir.