Seyf oğruları yaxalanmışlar
Bakı, 24 iyun (AZƏRTAC). İyunun 20-də Naib Qasımova məxsus mağazadan içərisində 570 dollar və 2500 manat olan seyf oğurlanmışdır.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Tovuz şəhər sakinləri Emin Həsənov və Orxan Hüseynli tutulmuşlar.
İyunun 3-də Minayə Quliyevaya məxsus mağazadan 311 manat dəyərində tütün məmulatları və 325 manat dəyərində danışıq kartları oğurlanmışdır.
Tovuz Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Göyçay şəhər sakini Elvin Adıgözəlov tutulmuşdur.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, faktlarla bağlı cinayət işi açılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]