ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏ İLƏ GÖRÜŞ
AZƏRTAC xəbər verir ki, noyabrın 7-də Türkiyə Prezidenti Abdullah Gül onun üçün ayrılmış iqamətgahda - “Ulduz” sarayında şeyxülislam Allahşükür Paşazadə ilə görüşmüşdür.
Qafqaz Müsəlmanları İdarəsinin başçısı Azərbaycan və türk xalqlarının tarixi-mədəni yaxınlığını vurğulayaraq dedi ki, Ermənistanın təcavüzü nəticəsində zərər çəkmiş Azərbaycan Türkiyənin üzləşmiş olduğu terrorizm təhlükəsini aydın başa düşür. Şeyxülislam terrorçuların dinc əhaliyə hədsiz əzab-əziyyətlər gətirən, insanların məhvi ilə nəticələnən əməllərinə qəti etirazını bildirdi.
Prezident Abdullah Gül Azərbaycanın dəstəyini yüksək qiymətləndirərək vurğuladı ki, bu həmrəylik iki ölkənin xalqlarının həmişə bir-birinə bəslədiyi qardaşlıq hisslərinin təzahürüdür.