Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Səyyad Aran: 35 il sonra – yenidən Şuşalı günlərim

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycanın tanınmış qələm adamları otuz illik ayrılıqdan sonra azad Şuşada yenidən Vaqif poeziyasının işığına toplaşmışdılar. Onlar həmin gün həm Şuşanın yeni növrağının, həm də Vaqif Poeziya Günlərinin sevincini yaşayırdılar. Tanınmış ziyalılar - elm və mədəniyyət xadimləri Şuşa səfəri, möhtəşəm poeziya bayramı barədə təəssüratlarını, xatirələrini AZƏRTAC-ın oxucuları ilə paylaşırlar. Bu silsilədən olan növbəti yazını - yazıçı, filologiya elmləri namizədi Səyyad Aranın “35 il sonra - yenidən Şuşalı günlərim” sərlövhəli publisistik qeydlərini təqdim edirik.

Şuşa ilk sevgi kimidir. Bir dəfə görən o ilahi məkana ədəbi vurulur. Sonra klassik şairlər demişkən, təkrar-təkrar “vüsala yetmək” istəyir. Mən Şuşada ilk dəfə məktəbli ikən - 1967-ci ildə pioner düşərgəsində olmuşam. İkinci dəfə 1969-cu - ildə bu dəfə də pioner düşərgəsində - amma o vaxtkı Pedaqoji İnstitutun filologiya fakültəsinin II kurs tələbəsi - gənc müəllim kimi.

Şəkildə gördüyünüz mənzərə Şuşada ilk stadionun açılış günüdür. Əlbəttə, “stadion” sözü futbol qapılarının (olduqca sadə və bəsit), bir də adicə torun müşayiətilə assosiasiya edilən hamarlanmış torpaq sahəsi idi. Şəhərə səs yayılmışdı ki, “Neftçi” futbol komandası (üç il əvvəl SSRİ çempionatının bürünc medalçısı) Şuşaya gələcək. Yerli camaat da, dincəlməyə gələnlər də - onların arasında SSRİ-nin müttəfiq respublikalarından müxtəlif millətlərin nümayəndələri də vardı - hamı həyəcanla bu tarixi hadisənin şahidi və iştirakçısı olmaq istəyirdilər. Şəhər rəhbərliyi buldozerləri, traktorları, lazım olan digər texnikaları gətirdib meydança üçün nisbətən uyğun bir yer seçib oranı sahmana saldılar. Ot örtüyündən və oturacaqlardan söhbət gedə bilməzdi. Oturacaqları təbii relyefi amfiteatrı xatırladan xırda kömbə təpələr, yamaclar təşkil edirdi.

Əlbəttə, “Neftçi” gəlmədi, SSRİ çempionatının qızğın vaxtı idi. Amma əvəzində kifayət qədər peşəkar hansısa “Burevestnik”, “Ehtiyat əmək qüvvələri” - dəqiq xatırlaya bilmirəm, 52 il keçib üstündən - buna bənzər bir klub torpaq meydançaya çıxdı. İlk məşqlərindən məlum oldu ki, mükəmməl komandadır, həvəskar şuşalıların onlarla oyunu heç də asan olmayacaq. Belə də oldu. İlk hissə 2-0 qonaqların xeyrinə bitdi. Yerlilər də, qonaqlar da mütləq şuşalıların qələbəsini istəyirdi. Amma ustalıq göz qabağındaydı. Həvəskar şuşalılar üstün ola bilmirdilər. Ustalıq səviyyəsi öz sözünü deyirdi. Elə bu zaman dalğa kimi bir söz bütün stadiona yayıldı. “İndi ağdamlı uşaqlar oyuna girib bakılıların dərsini verəcəklər”. Doğrudan da, elə oldu. Bu dəfə ağdamlı uşaqların ustalığı, məharəti öz sözünü dedi və maç 3-2 hesabı ilə şuşalıların xeyrinə qurtardı. Sevinci, azarkeşlərin alqışlarını təsvir etməkdə acizəm.

Sonralar da bir neçə dəfə Şuşaya yolum düşdü. Hər dəfə də olduqca sağlam, güclü və xoşbəxt halda İmişliyə dönürdüm. Axırıncı dəfə 1986-ci ildə Şuşada oldum. Şagirdləri böyük şairimiz M.P.Vagifin abidəsini ziyarətə apardıq. Məktəblilər şeir dedilər. Elə oradaca kiçik bir “Vaqif” müsabiqəsi keçirtdik, qalibləri mükafatlandırdıq. Həyat yoldaşım, övladlarım Tural, Tenel və qohumumuzla şəkil çəkdirdik.

Və nəhayət!.. 29 avqust 2021-ci il!

Hamının can atdığı, amma bir qrup insana nəsib olan səadət! Azərbaycanın əsasən şair və yazıçılarından, elm və mədəniyyət xadimlərindən ibarət qrup Vaqif Poeziya Günlərinin açılışına gedir. Möhtərəm Prezidentimiz İlham Əliyevin iştirakı mərasimi daha təntənəli və sanballı edəcək. Hamımız qürurluyuq. Axı tarixi hadisənin iştirakçıları olacağıq!

“Abadan kənd tüstüsündən, firavan şəhər yolundan bəlli olar” deyiblər. Nə qədər doğru və dəqiq söyləyiblər. Zəfər yolu qələbəmiz qədər gözəl və ürəkaçandır, müasir yolsalmanın ən gözəl örnəklərindən biridir. Yol getdikcə ürəyimiz dağa dönürdü, mənzərəli yerlərdə şəkil çəkdirirdik. Axı bu yerlərdə 30 ilə yaxın olmamışdıq…

Qonaqların bir qrupu 5 ulduzlu “Xarıbülbül” otelində, digərləri onun yaxınlığındakı beşmərtəbəli binada yerləşdilər.

Hamı doğmasına qovuşmuş həsrətlilər kimi Şuşanın müxtəlif istiqamətlərinə səpələndilər. Adamlar vaxtı ilə olduqları yerlərə tez baş çəkmək, xatirələri ilə bağlı məkanları görmək istəyirdilər. Gecə düşəndə kədərli, nisgilli, amma qürur dolu xatirələr bir-bir çözələnirdi. Xatirələr dalğasında kimlər yox idi - Xalq yazıçıları Anar, Elçin, Mövlud Süleymanlı, Natiq Rəsulzadə, Xalq şairləri Nəriman Həsənzadə, Sabir Rüstəmxanlı, Vahid Əziz, mədəniyyət naziri Anar Kərimov, Xalq artistləri Fərhad Bədəlbəyli, Fərhad Xəlilov, Polad Bülbüloğlu, görkəmli alim-diplomatlar Həsən Həsənov, Vilayət Quliyev, Milli Məclisin deputatları Qənirə Paşayeva, Jalə Əliyeva, Əziz Ələkbərli, Fazil Mustafa, akademiklər İsa Həbibbəyli, Rəfael Hüseynov, Nizami Cəfərov, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, tanınmış ədəbiyyatşünas alimlərdən, yazıçı və şairlərdən Vagif Yusifli, İlqar Fəhmi, Əsəd Cahangir, Məhərrəm Qasımlı, İntiqam Qasımzadə, Azər Turan, Elnarə Akimova, Yunus Oğuz, Pərvin Nurəliyeva, Barat Vüsal, Sayman Aruz, Sərvaz Hüseynoğlu, Şəhriyar Del Gerani, Dayandur Sevgin, Elxan Zal Qaraxanlı, Fərid Hüseyn… kimlər, kimlər…

Şuşada sürətli və keyfiyyətli quruculuq işləri gedir. Bütün səylər ona yönəlmişdir ki, qədim və tarixi şəhərin arxitekturası gözlənilsin. Ona görə də qoyulan hər bir daş, hörülən hər santımetr divar belə “yüz ölçülüb bir biçilir”. Hər bir binaya həssaslıqla yanaşılır. Şuşanın memarlıq xüsusiyyətləri əvvəlki görünüşünə qaytarılır. Eyni zamanda müasir üslubda, tarixi evlərlə uyğunlaşan yeni binalar da inşa edilir. Vaqif Poeziya Günləri başlamadan bir gün öncə Prezidentin iştirakı ilə yeni 150 nəfərlik otelin təməli qoyuldu. Sürətli inşaatın bir də prinsipial məqsədi var: şuşalıların qayıdışını mümkün qədər tezləşdirmək. Bu ali məqsəd Prezident İlham Əliyev tərəfindən Vaqif Poeziya Günlərinin açılış mərasimindəki nitqində özünün dəqiq ifadəsini belə tapdı: “Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, - hamımız yaxşı bilirik, - 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. İşğala baxmayaraq, Şuşa Azərbaycan ruhunu saxlaya bildi. Şuşaya gələn hər bir insan bunu görür. Hətta dağılmış vəziyyətdə, hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə Şuşa öz ruhunu, öz qamətini saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında qan tökərək, şəhidlər verərək, fədakarlıq göstərərək gəldik, öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik.

Prezidentin çıxışında qarşıya qoyulan strateji hədəflər, ilk növbədə regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması, işğaldan azad edilən tarixi torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işlərinin aparılması, həmin ərazilərin yenidən dirçəldilməsi, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasının təmin edilməsi ilə bağlıdır.

Şuşanın gecələri işıq selində üzür. Bu mənzərə Xankəndindən çox aydın görünür. Düşmənin bağrına dağ çəkməklə yanaşı əminəm ki, dinclik və sülh arzulayan sadə erməni vətəndaşlarının Şuşada yaşamaq, Azərbaycanın tabeliyində olmaq hissini də alovlandırır. Axı kim daimi gərginlikdə, yoxsulluqda, ən zəruri insani ehtiyaclarını ödəməkdə çətinlik çəkən ac, iqtisadi resursları çox cüzi olan ölkədə ömür çürütmək istəyər? Təsadüfi deyil ki, son zamanlar mətbuatda tez-tez erməni vətəndaşlarının yaşamaq üçün Şuşaya, digər Azərbaycan ərazilərinə keçmələri haqqında xəbərlər oxuyuruq. İnanıram ki, əvvəl-axır elə belə də olacaq: ermənilər Azərbaycan vətəndaşlığı alıb Azərbaycanda yaşamaq istəyəcəklər!

İlham Əliyev həm qüdrətli Prezidentdir, həm də layiqli övladdır. O, ata nəsihətini əsl övlad kimi ləyaqətlə yerinə yetirdi. Bu gün Azərbaycanın hər yerində Ulu Öndərin vəsiyyətləri çiçək açır. Qısa müddətdə Zəfər yolu çəkdirdi, Füzuli aeroportunu istifadəyə verdi, Laçında və Kəlbəcərdə yeni hava limanlarının hazırlıq işlərini həyata keçirdi. Ağdamda - bu qədim və mərd şəhərimizin geniş, əhatəli layihəsinin təməlini qoyub. Mütəxəssislər deyirlər ki, tam yeni və bənzəri olmayan bir şəhər tikiləcək ki, dörd gözlə baxılacaq.

İlham Əliyev həm də bir çox dövlət başçılarından fərqli olaraq Qalib Ali Baş Komandandır. O, Azərbaycan tarixinə adını qızıl hərflərlə yazdıraraq əbədi yaşayacaqdır.

İstər istəməz M.Müşfiqin sanki bu məqam üçün deyilmiş sözlərini xatırlayıram:

Mənim könlüm deyir ki,

hələ bunlar nədir ki,

gözəl günlər,

şanlı günlər,

şən günlər,

yoluna düşən günlər,

hələ qarşımızdadır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib

Dövlət qurumlarının nümayəndələri Türkiyədə “İslam bankçılığı və maliyyəsi” təlimində iştirak ediblər

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsi anılıb

Çin 12 ölkə üçün vizasız rejimi gələn ilin sonunadək uzadıb

Azərbaycan şahmatçıları beynəlxalq turnirdə iştirak edirlər

Hindistanda 70-ə yaxın aviareys ləğv edilib

Azərbaycan hər ötən gün öz iqtisadi, hərbi qüdrətini, regionda və dünyada nüfuzunu artırır ŞƏRH

Bu il 180 mindən çox “ASAN İmza” sertifikatı verilib

Siyəzənin beş kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb

Deputat: Heydər Əliyevin Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr ölkənin müstəqillik tarixində mühüm rol oynayıb

Özbəkistanın ali məktəblərində Azərbaycan dili və ədəbiyyatı ilə bağlı mühazirələr dinlənilib

Baş prokuror: Azərbaycanın əldə etdiyi nailiyyətlər ölkəmizin müxtəlif sahələrdə inkişafının bariz nümunəsidir

Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş futzal turnirinə yekun vurulub

Bolqarıstan Prezidenti Rumen Radevin rəsmi qarşılanma mərasimi olub

Azərbaycanlı tələbələr Türkiyədə bayram şənliklərində iştirak edəcəklər

Naxçıvanda vergi xidmətlərindən istifadə səviyyəsi artır

KOBİA Əbu-Dabidə keçirilən “AİM Congress”in müvafiq panelində təmsil olunub

Baltimor körpüsünün çökməsi nəticəsində itkin düşən altıncı işçinin də cəsədi tapılıb

Anar Bağırov: Naxçıvanda təxminən hər 20 min nəfərə bir vəkil düşür

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti 102 yaşlı veteranı təltif edib

Bu gün Azərbaycanın qazandığı uğurların əsası vaxtilə Ulu Öndər tərəfindən qoyulmuşdu

2025-ci ilin sonunadək 17 regional DOST Mərkəzinin və 55 rayon filialının istifadəyə verilməsi nəzərdə tutulur

Naxçıvanda “Blokada şəraitində hüquq təsisatlarının səmərəli fəaliyyəti və insan haqlarının müdafiəsi” mövzusunda konfrans keçirilir

Fərid Məmmədov: Beş il ərzində Bakı 1 saylı DOST Mərkəzində 724 min 396 müraciət qeydə alınıb

Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb

Çempionlar Liqası: Bu gün ikinci finalçı bəlli olacaq

Milli Kitabxanada “Xalq artisti Soltan Hacıbəyоv – 105” adlı kitab sərgisi açılıb

Ulu Öndər Heydər Əliyev yalnız ölkədə deyil, onun xaricində də geniş fəaliyyət göstərib

Mayın 8-i Beynəlxalq Talassemiya Günüdür

Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür

Azərbaycanın qadın boksçuları lisenziya turnirinə Qazaxıstanda hazırlaşacaqlar

Dünya birjalarında neft ucuzlaşıb

Fərid Məmmədov: DOST mərkəzlərinə indiyədək 2,2 milyondan çox vətəndaş müraciəti daxil olub

DİN: Mayın 7-də 30 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

AZAL Beynəlxalq Talassemiya Günü ilə bağlı qanvermə aksiyası keçirib

Azərbaycan nefti ucuzlaşıb

Ukraynanın 6 regionunun enerji infrastrukturuna kütləvi hava hücumu olub

Masallıda narkotik vasitə satanlar saxlanılıb

Donald Trampla bağlı məhkəmə prosesi təxirə salınıb

Dələduzluq edən Bakı sakini saxlanılıb

"Beşiktaş" komandası tarixində 17-ci dəfə finala yüksəlib

Çempionlar Liqası: İlk finalçı Parisdə bəlli olub