Səyyar “ASAN xidmət” Ağsuda
Ağsu, 27 may, AZƏRTAC
Səyyar “ASAN xidmət” mayın 27-dən Ağsuda fəaliyyətə başlayıb və iyunun 25-dək sakinlərə xidmət göstərəcək.
Qəbələ Regional “ASAN xidmət” mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri Seymur Abbasov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bir ay ərzində vətəndaşların müraciətləri əsasında onlara Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən xidmətlər göstəriləcək. Bu xidmətlərə şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, notariat xidmətləri, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin göstərdiyi xidmətlər, əmək pensiyalarının təyin olunması daxildir. Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlar funksional yardım xidmətlərindən də yararlanacaqlar. Bu xidmətlərə qan qrupu, boyun ölçüsü, gözün rəngi barədə tibbi arayışların verilməsi, habelə “Azərpoçt” xidmətləri daxildir.