“Sharp” yeni model insanabənzər robot smartfonlar istehsal edib
Bakı, 19 fevral, AZƏRTAC
Yaponiyanın “Sharp” korporasiyası “RoBoHon” insanabənzər robot smartfonlar istehsal xəttinə 3 yeni model əlavə edib. Hərəkət edə bilməyən ən ucuz versiyalardan birini 715 dollara almaq olar. Tokioda keçirilmiş təqdimatda elan edilib ki, hərəkət edə bilməyən model uşaqlı ailələr, hərəkət edən modellər isə biznes üçün nəzərdə tutulub.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, “robofon” hərəkət edə, danışa, rəqs edə bilən, eyni zamanda, adi smartfon kimi işləyə bilən kiçik insanabənzər robotdur. Robotun kürəyinə displey quraşdırılıb. Qurğuya videomüşahidə, şəkil mübadiləsi, “Sharp Aquos Android TV” "ağıllı" televizorları, kondisioner və başqa texnikanın idarəetməsi, həmçinin robotun hərəkətlərinin proqramlaşdırılması üçün 30 proqram (tezliklə onların sayı 46-dək çatdırılacaq) quraşdırılıb.
“RoBoHon” biznes seqmentinə mağaza və muzeylərdə məhsulları təqdim edən konsultant kimi təklif edilir. Proqramlardan biri robotu yapon, ingilis, Çin və Koreya dillərində danışan poliqlota çevirməyə imkan verir. Cihaz “Snapdragon 430” prosessoru, 2 QB əməli yaddaş, 16 QB fləş daşıyıcı, 8 meqapiksellik kamera ilə təchiz edilib. Robot daxili pikoproyektordan məhrum olunub. Ekranın ölçüsü 2-dən 2,6 düymədək böyüdülüb və “Android” sisteminin versiyası yenilənərək 8.1 olub.
Aparatın LTE modulla olan versiyasının qiyməti təxminən 1628 dollar, “Wi-Fi” ilə olan versiyası 1085 dollar, hərəkət edə bilməyən modeldə isə 715 dollar təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [15:32]
Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir
- 15.06.2026 [15:23]
Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub
- 15.06.2026 [15:08]
Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib
- 15.06.2026 [15:01]
G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb
- 15.06.2026 [14:37]
Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək
- 15.06.2026 [14:29]
Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir
- 15.06.2026 [12:21]
Myanma Prezidentinin Çinə səfəri başlayıb
Bu saata olan əsas xəbərlər
- [12:00]
“Türk dünyasının gənclər paytaxtı” statusu Xivəyə təhvil verilib
- 14.06.2026 [23:48]
Ukrayna nəşrində Milli Qurtuluş Günü ilə bağlı məqalə dərc olunub
- 14.06.2026 [23:41]
Azərbaycan karateçisi Mərakeşdə qızıl medal qazanıb
- 14.06.2026 [23:21]