“Shell” azalan neft hasilatı fonunda iş modelini dəyişdirir
Bakı, 11 fevral, AZƏRTAC
“Royal Dutch Shell” azalan neft hasilatı fonunda 100 illik iş modelini dəyişdirir. Enerji nəhəngi neft hasilatının ildə 1 və ya 2 faiz arasında azalacağını proqnozlaşdırır.
AZƏRTAC şirkətə istinadla xəbər verir ki, “Shell”in karbon emissiyaları və neft istehsalı maksimuma çatıb. Şirkət təmiz enerjiyə keçid planı çərçivəsində yaxın illərdə neft hasilatını aşağı salacaq.
“Shell” uzun və qısamüddətli hədəflərini elan etdiyi yeni strateji planında, neft hasilatının illik 1-2 faiz, 2030-cu ilədək isə 55 faiz azalacağını proqnozlaşdırır.
2023-cü ilə qədər şirkət karbon emissiyalarının 2016-cı ilə nisbətən 6-8 faiz azalacağını bildirib. Bu azalma 2030-cu ildə 20 faizə, 2035-ci ildə 45 faizə, 2050-ci ildə 100 faizə çatacaq.
“Shell”in baş icraçı direktoru Ben van Beurden strateji planın bir hissəsi olaraq karbon emissiyalarını azaldacaqlarını, səhmdarlar, müştərilər və cəmiyyət üçün dəyər yaradacaqlarını ifadə edib. O, müştərilərə ətraf mühitə minimum ziyan vuran xidmət göstərmək istədiklərini bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [21:54]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [19:23]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [16:34]
Ukraynanın taxıl ixracı 22 faiz azalıb
- 21.09.2026 [16:26]