Şikayət yerində araşdırılıb
Bakı, 5 fevral, AZƏRTAC
Sumqayıt şəhəri Nəsimi adına mədəniyyət və istirahət parkına yaxın ərazidə ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət yerində araşdırılıb.
Xidmətin rəsmisi Bəhruz Məhəmmədov AZƏRTAC-a bildirib ki, həmin əraziyə keçirilən baxış zamanı ərazinin dəmir lövhələrlə hasara alındığı və “Flame MTK” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tikinti işlərinin aparıldığı, lakin ağac kəsintisi faktının olmadığı məlum olub. Ərazinin əvvəlki illərdəki kosmik görüntüləri müqayisə olunub və tikinti aparılan yerdə yaşıllıqların olmadığı müəyyən edilib.
B.Məhəmmədov qeyd edib ki, aparılan araşdırma zamanı yaşayış obyektinin tikintisinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin müsbət rəyi olmadan aparıldığı aşkar edilib. Faktla bağlı MMC-nin məsul şəxsi Vüqar Səmədov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 3500 manat məbləğində cərimə olunub. Ətrafdakı ağacların qorunub saxlanması və tikintiyə ekoloji ekspertiza rəyinin alınması məqsədilə şirkət rəhbərliyinə məcburi göstəriş verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]