“Şimal” heyətini üç afrikalı futbolçu ilə gücləndirib
Xaçmaz, 2 sentyabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan 1-ci Liqasında mübarizə aparan Xaçmazın “Şimal” futbol klubu heyətini üç afrikalı legionerlə gücləndirib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, kot-d'İvuarlı 21 yaşlı yarımmüdafiəçi Lamah Bamba, onun həmyerlisi 23 yaşlı müdafiəçi Moussa Diallo və 21 yaşlı nigeriyalı yarımmüdafiəçi Umar Abubakar kluba transfer edilib.
Lamah Bambanı karyerası ərzində Moldovanın "Saksan", Belarusun "Slavia Mozyr" və "Smorgon" komandalarında çıxış edib.
Moussa Diallo “Şimal”dan əvvəl Belarusun "Smorgon" komandasının üzvü olub.
Nigeriyalı Umar Abubakar isə Moldovanın "Saksan" və Tacikistanın "İstiklol" komandalarında çıxış edib.
2025-2026-cı illər futbol mövsümündə I Liqada debüt edən Xaçmaz təmsilçisi zəif təsir bağışlasa da, liqada yerini qoruyub saxlamağı bacarıb.
Yeni mövsümün ilk oyununda “Şimal” sentyabrın 4-ü “Şamaxı” Olimpiya Kompleksinin stadionunda “Gəncəbasar” komandası ilə qarşılaşacaq.
Müxbir- Elxan Yusifli