Şimal qütbü yerini dəyişir
Bakı, 13 aprel, AZƏRTAC
Yerin Şimal qütbü 2000-ci ildən başlayaraq şərqə doğru hərəkət edir.
AZƏRTAC Rusiya mətbuatına istinadla xəbər verir ki, NASA əməkdaşları bu qənaətdədirlər. Onlar vurğulayıblar ki, bunun səbəbi insan fəaliyyətinin nəticəsi olan iqlim dəyişiklikləridir. Ümumilikdə isə son 115 ildə Şimal qütbü yerini 12 metr dəyişib. Maraqlıdır ki, əvvəllər Kanada tərəfə ildə 7-8 santimetr hərəkət edən qütb indi Britaniya adaları tərəfə yerini dəyişir və iki dəfə sürətlə hərəkət edir.
Alimlər güman edirlər ki, Şimal qütbünün yerdəyişməsi Qrenlandiyada və Antarktidanın qərbindəki buzlaqların azalması ilə bağlıdır. Bundan başqa, Xəzər dənizi regionundakı quraqlıq da qütbün hərəkətinə təsir edən amillər sırasındadır. Lakin bu prosesdə təhlükə yoxdur. Alimlər bildirir ki, 6,5 min il bundan əvvəl də belə olub, ancaq bütün canlılar yaşaya bilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq
- 27.09.2026 [12:28]
Sentyabrın 28-nə gözlənilən hava şəraiti açıqlanıb
- 26.09.2026 [13:04]
Nazirlik: Palçıq vulkanında püskürmə 10 dəqiqə davam edib
- 25.09.2026 [18:15]
Bakıda və Qubada ağacların qanunsuz kəsilməsi faktları aşkarlanıb
- 25.09.2026 [17:05]
Ətraf mühit məsələləri ilə bağlı müzakirələr aparılıb
- 25.09.2026 [12:31]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 25.09.2026 [10:17]