DÜNYA
Şimali Koreya raket mühərrikini sınaqdan keçirib
Tokio, 23 iyun, AZƏRTAC
ABŞ hökumətinin rəsmi nümayəndələri bəyan ediblər ki, Şimali Koreya qitələrarası ballistik raketlərdə istifadə edilə bilən mühərrikin dartı qüvvəsini sınaqdan keçirib. Bu barədə NHK telekanalı məlumat yayıb.
Məlumatda qeyd edilir ki, iyunun 21-də sınağı keçirilən həmin mühərrik süni peyklərin buraxılışı üçün də istifadə edilə bilər. Mütəxəssislərin qənaətinə görə, belə sınaqlar uzaq məsafəli ballistik raketlər üçün nəzərdə tutulur.
Bu, mart ayından sonra Şimali Koreyanın ABŞ tərəfindən təsdiq olunan ilk mühərrik sınağıdır.
Şimali Koreya özü də bəyan edib ki, ölkədə ballistik raketlər üçün yeni mühərrik uğurla sınaqdan keçirilib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [17:34]
“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır
- 04.05.2024 [16:16]
Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb
- 04.05.2024 [15:54]
Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır
- 04.05.2024 [15:52]
Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO
- 04.05.2024 [14:51]
Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub
- 04.05.2024 [14:41]