CƏMİYYƏT
Sinoptiklər xəbərdarlıq edir...
Bakı, 30 may, AZƏRTAC
Sinoptiklər qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildirilib ki, mayın 31-i günün ikinci yarısında şimal və qərb rayonlarından başlayaraq ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. Qeyri-sabit hava şəraiti iyunun 3-ü axşamadək davam edəcək.
Sinoptiklərin verdiyi tibbi-meteoroloji proqnoza əsasən, Abşeron yarımadasında komfort temperatur rejiminə yaxın hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əsasən əlverişli olsa da, iyunun 1-də arabir güclənən xəzri küləyi bəzi insanlarda narahatlıq yarada bilər.