Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 22 noyabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit və əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, respublika ərazisində qeyri-sabit hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir.
Bakıda və Abşeron yarımadasında noyabrın 22-23-də arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Noyabrın 23-ü axşamdan 24-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, arabir güclənəcəyi bildirilir.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, noyabrın 23-ü axşamdan 24-ü gündüzədək Abşeron yarımadasında qısa müddət ərzində atmosfer təzyiqinin xeyli yüksəlməsi fonunda xəzri küləyinin güclənəcəyi gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]