Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 14 dekabr, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakı və Abşeron yarımadasının bəzi yerlərində dekabrın 14-dən 15-nə keçən gecə yağış yağacağı, arabir intensivləşəcəyi gözlənilir. Dekabrın 16-sı günün ikinci yarısından başlayaraq 17-si gündüzədək isə şimal-qərb küləyinin güclənməsi nəticəsində temperaturun enəcəyi, maksimal hərarətin 4-6° isti təşkil edəcəyi, bəzi yerlərdə havanın yağıntılı olacağı ehtimalı var.
Azərbaycanın bölgələrində dekabrın 17-si günün ikinci yarısından 19-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı proqnozlaşdırılır. Yağıntının bəzi yerlərdə intensiv və güclü olacağı ehtimal edilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7° enəcək. Çaylarda sululuğun artacağı bildirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.11.2026 [21:41]
Azərbaycanın da həmmüəllifi olduğu qlobal hesabat COP31-də təqdim olunub
- 09.11.2026 [16:10]
COP31-də Azərbaycan pavilyonuna böyük maraq var VİDEO
- 09.11.2026 [12:12]
Sabah hava əsasən yağmursuz keçəcək
Vyanada Zəfər Günü qeyd olunub
- [17:49]
Dohada Zəfər Günü qeyd olunub
- [16:37]
Zəfər Günü Tallində qeyd olunub
- [15:44]
Brüsseldə Zəfərdən danışılıb
- [14:21]
Bu saata olan əsas xəbərlər
- [12:01]
Şuşa ağ örpəyə bürünüb – FOTOLAR
- [11:17]
Birjalarda neft bahalaşıb
- [08:37]