Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 25 yanvar, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 27-də cənub-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-18 metr olacağı, arabir 20-25 metrədək güclənəcəyi gözlənilir. Yanvarın 28-i günün ikinci yarısından 29-u axşamadək isə şimal-qərb küləyinin sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.
Azərbaycanın bəzi rayonlarında yanvarın 28-i və 29-da havanın arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Yanvarın 27-29-da qərb küləyinin əsəcəyi, bəzi rayonlarda sürətinin arabir saniyədə 9-14 metr olacağı, bəzi Kür çökəkliyi rayonlarında 23-28 metrədək güclənəcəyi proqnozlaşdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]