Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 28 yanvar, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən küləkli və yağıntılı hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 28-29-da şimal-qərb küləyinin əsəcəyi, sürətinin saniyədə 15-20 metr olacağı, arabir 23-28 metrədək güclənəcəyi gözlənilir. Həmçinin yanvarın 29-da arabir yağış yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Xəbərdarlığa əsasən, ölkə ərazisində yanvarın 28-i və 29-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Yağıntının ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Yanvarın 28-i və 29-da qərb küləyinin əsəcəyi, bəzi rayonlarda sürətinin arabir 15-20 metr olacağı, bəzi Kür çökəkliyi rayonlarında arabir 23-28 metrədək güclənəcəyi ehtimal edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]
Sabahın hava proqnozu açıqlanıb
- 11.11.2026 [12:39]
Sabah hava əsasən yağmursuz olacaq - PROQNOZ
- 11.11.2026 [12:27]
Soyuq hava şəraiti nə vaxta kimi davam edəcək? VİDEO
- 11.11.2026 [11:14]
Azərbaycanlı könüllülər COP31-də
- 11.11.2026 [10:29]
Antalyada COP31 konfransı işini davam etdirir VİDEO
COP31-də müzakirələr davam edir
- [12:32]
Sabahın hava proqnozu açıqlanıb
- [12:30]
Bu saata olan əsas xəbərlər
- [12:00]