Sinoptiklər xəbərdarlıq edirlər...
Bakı, 15 fevral, AZƏRTAC
Sinoptiklər ölkə ərazisində gözlənilən yağıntılı və küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq ediblər.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a bildiriblər ki, Bakıda və Abşeron yarımadasında fevralın 15-dən 16-na keçən gecədən başlayaraq fevralın 17-si səhərədək havanın fasilələrlə yağıntılı keçəcəyi, yağıntının bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir saniyədə 15-20 metrədək güclənəcək.
Azərbaycanın rayonlarında fevralın 17-si gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir saniyədə 18-23 metrədək güclənəcək.
Sinoptiklərin tibbi-meteoroloji proqnozuna görə, fevralın 16-17-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü bəzi insanlar üçün əsasən əlverişli olsa da, havada rütubətliyin bir qədər çox olması meteohəssas insanlarda narahatlıq yarada bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.11.2026 [17:41]
Nigar Arpadarai: Azərbaycan nümayəndə heyəti COP31-ə töhfə verməyə çalışır
- 12.11.2026 [16:41]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 12.11.2026 [15:53]
ETSN: Ceyranlar və Bezoar keçiləri tarixi areallarına qaytarılır
- 12.11.2026 [12:32]
COP31-də müzakirələr davam edir
- 12.11.2026 [12:30]