İQTİSADİYYAT
“Şirvan” EŞ Müəssisəsi ərazisində texniki imkanlar daha da yaxşılaşdırılır
Bakı, 2 may (AZƏRTAC). “Şirvan” Elektrik Şəbəkəsi (EŞ) Müəssisəsinin xidməti ərazilərində ənənəvi təmir kampaniyasına start verilmişdir.
“Azərenerji” ASC-dən AZƏRTAC-a bildirmişlər ki, müəssisənin balansına aid olan “Neftçala” EŞ-də 10 və 6 kilovoltluq xətlərin 13,3 kilometrdən artıq hissəsində əsaslı təmir işləri yerinə yetirilmişdir. Analoji işlər 0,4 kilovoltluq elektrik hava xətlərində də aparılmış, 2,7 kilometrə yaxın xətdə müxtəlif təyinatlı təmir işləri həyata keçirilmişdir.