Şirvanda avtomobil məktəblini vurub
Şirvan, 19 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
Şirvanda yol nəqliyyat hadisəsi baş verib. Məktəbli piyadanı avtomobil vurub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, yol-nəqliyyat hadisəsi bu gün saat 17 radələrində Şirvan şəhər ərazisində baş verib. Roman Mehdiyev idarə etdiyi “VAZ-2107” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman məktəbli Adilə Əliyevanı vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan məktəbli xəstəxanaya yerləşdirilib.
Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti stabildir.
Faktla bağlı Şirvan ŞPŞ-də araşdırmalar aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [18:07]
Media nümayəndələri İsmayıllının turizm potensialı ilə tanış olublar
- 07.10.2026 [18:01]
Sabah Masallının 5 kəndində qaz olmayacaq
- 07.10.2026 [17:36]
Naxçıvanda oktyabr ayının pensiyaları ödənilib
- 07.10.2026 [16:24]
Zaqatalada xurma təsərrüfatlarında fitosanitar monitorinq aparılıb
- 07.10.2026 [15:58]
Baş prokuror Gəncədə vətəndaşların müraciətlərini dinləyib
- 07.10.2026 [15:38]
Qubada minik avtomobilləri toqquşub, ölən və yaralanan var VİDEO
- 07.10.2026 [15:30]