SİYASƏTÇİNİN MUSİQİ MARAĞI
Bakı, 2 noyabr (AZƏRTAC). Yaponiyanın Baş naziri Yukio Xatoyama ilk mahnısının diskini buraxdırmışdır. 62 yaşlı siyasətçi bu mahnını düz 20 il əvvəl lentə aldırsa da, yaradıcılığını yalnız indi açıqlamışdır. Onun ifa etdiyi “Take heart” (Qəlbimi apar) mahnısı üç variantda diskə yazılmışdır. Baş nazirlə birgə ifa etməyi arzulayanlar üçün karaoke variantı da vardır.
Yukio Xatoyama özünü musiqi sahəsində sınamaq istəyən ilk asiyalı siyasətçi deyildir. Tailand kralı Pumipon Adulyadet da meyilini musiqiyə salmışdır. Caza aludə olan kral artıq bir neçə albomun müəllifidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.11.2026 [19:55]
Tramp Çinə səfəri zamanı Kim Çen Inla görüşə biləcəyini açıqlayıb
- 16.11.2026 [17:42]