SİYASƏT
SİYASİ İNNOVASİYA VƏ TEXNOLOGİYA MƏRKƏZİ DÜNYADA VƏ REGİONDA GEDƏN İCTİMAİ-SİYASİ PROSESLƏRİN YEKUNLARI İLƏ BAĞLI ANALİTİK HESABATINI AÇIQLAMIŞDIR
Bakı, 6 yanvar (AZƏRTAC). Siyasi İnnovasiya və Texnologiya Mərkəzi ötən ilin, o cümlədən dekabr ayının beynəlxalq və regional ictimai-siyasi proseslərin yekunları ilə bağlı hazırladığı analitik hesabatını açıqlamışdır.
Mərkəzin sədri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında son prosesləri diqqətə çatdırmışdır. O, 2009-cu ili “Dağlıq Qarabağ ili” adlandırmış, dünyada və regionda baş verən son prosesləri təhlil etmişdir.
Mərkəzin hesabatında dünyada ötən ay baş verən mühüm hadisələr də əksini tapmışdır.