Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Siyavuş Novruzov: Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Siyavuş Novruzov: Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi diqqət mərkəzindədir

Bakı, 19 fevral, AZƏRTAC

Ümummilli lider Heydər Əliyevin qurub yaratdığı müasir Azərbaycan dövləti 2021-ci ildə də Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edib, xalqımız Müzəffər Ali Baş Komandanın yenilməz sərkərdəliyi ilə Vətən müharibəsində qazanılan böyük Qələbənin birinci ildönümünü sevinclə və qürurla qeyd edib.

2021-ci ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə müxtəlif sahələri əhatə edən kompleks islahatlar davam etdirilib, iqtisadiyyatın dayanıqlı və davamlı inkişafı istiqamətində mühüm addımlar atılıb, sosial-iqtisadi tərəqqiyə hədəflənən layihələr gerçəkləşdirilib. Xüsusilə də işğaldan azad edilmiş ərazilərdə - Qarabağ və Şərqi Zəngəzurda Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsləri ilə nəhəng quruculuq işlərinin aparılması, yol-nəqliyyat, mədəniyyət abidələrinin bərpası və enerji sosial infrastrukturunun yaradılması ölkəmizin qarşısında yeni perspektivlər açır, iqtisadi inkişafın sürətlənməsinə zəmin yaradır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Komitə sədri qeyd edib ki, bunlarla yanaşı, ötən dövr ərzində regional idarəetmə sahəsində də mühüm tədbirlərin həyata keçirilməsi, yeni modelin yaradılması, yeni mexanizmlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyətə malik olub, idarəetmənin optimallaşdırılması və təkmilləşdirilməsi üçün böyük önəm daşıyıb.

“Aparılmış islahatlar, görülmüş tədbirlər bələdiyyələrin fəaliyyətindən də yan keçməyib. Belə ki, ötən dövr ərzində qanunvericilik sahəsində kifayət qədər irəliləyişin olması bələdiyyə idarəçiliyi sahəsində müəyyən uğurların qazanılmasına gətirib çıxarıb. Digər tərəfdən, bələdiyyələr və ya onların bilavasitə fəaliyyəti ilə bağlı xeyli sayda qanun, əsasnamə, qanunvericilik aktının qəbul olunması bu sahənin inkişafına dövlətin diqqətinin və qayğısının bariz nümunəsidir.

Ötən il ərzində xeyli sosial məsələlərin həllində iştirak edən bələdiyyələr tərəfindən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi məqsədilə xatirə guşələri yaradılıb. Həmçinin şəhidlərin adlarına bulaqlar istifadəyə verilib, şəhid ailələrinin və müharibə iştirakçılarının maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə müxtəlif yardımlar edilmiş, onların yaşadıqları məhəllələr, küçələr abadlaşdırılıb, evləri təmir olunub”, - deyə Siyavuş Novruzov bildirib.

Komitə sədrinin sözlərinə görə, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, yerli özünüidarəetmədə rəqəmsal infrastrukturun təkmilləşdirilməsi məsələləri də diqqətdən kənarda qalmayıb. Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən ərazi bütövlüyümüz uğrunda döyüşlərdə iştirakla əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə və həlak olanların ailəsinə fərdi yaşayış evinin tikintisi üçün torpaqayırma sənədlərinin hazırlanması zamanı zəruri xərclərin yerli büdcələrin imkanları daxilində bələdiyyələr tərəfindən qarşılanması tövsiyə edilib.

S.Novruzov diqqətə çatdırıb ki, bələdiyyələr tərəfindən pandemiyaya qarşı mübarizə sahəsində yaxından iştirak edərək əhalinin sağlamlığının qorunmasında vaksinasiyanın əhəmiyyəti ilə bağlı geniş maarifləndirmə işi aparılıb. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin səmərəliliyinin artırılması, o cümlədən yerli özünüidarəetmədə korrupsiya risklərinin qiymətləndirilməsi məqsədilə inzibati nəzarət icraatının nəticələri ümumiləşdirilmiş, korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən edilərək aradan qaldırılması üzrə tədbirlər görülüb.

Səmərəli yerli özünüidarəetmənin əsas şərtlərindən birinin də yerli sakinlərlə qarşılıqlı və səmərəli münasibətlərin qurulması olduğunu bildirən komitə sədri qeyd edib ki, bu baxımdan, bələdiyyələrdə aşkarlıq və hesabatlılığın təmini, ictimai nəzarətin və yerli özünüidarəetmə orqanlarına etimadın gücləndirilməsi zəruridir. 2021-ci il ərzində bu məsələlər diqqətdə saxlanılıb, “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda müəyyənləşdirilən aidiyyəti tapşırıqların icrası üzrə tədbirlər görülüb. Həmçinin yerli özünüidarəetmə ilə bağlı normativ-hüquqi tənzimlənmənin təkmilləşdirilməsi, qanunvericilikdəki boşluqların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilib.

“Azərbaycan Respublikası Milli Məclisinin Regional məsələlər komitəsinin və bələdiyyələrin milli assosiasiyalarının təşkilatçılığı və bələdiyyə nümayəndələrinin iştirakı ilə “Azərbaycanda yerli özünüidarəetmənin inkişaf perspektivləri: mövcud vəziyyət və qarşıdakı vəzifələr”, ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü münasibətilə “Heydər Əliyev və qüdrətli Azərbaycan”, “Müstəqilliyimiz əbədidir, daimidir və dönməzdir” və Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qələbənin ildönümünə həsr edilmiş “Azərbaycanın tarixi Zəfəri” mövzularında videokonfranslar keçirilib. Tədbirlərdə yerli özünüidarəetmə sisteminin yaradılmasında Ümummilli Liderin rolu və bələdiyyələrin inkişafına göstərilən dövlət qayğısı qeyd edilmiş, ölkəmizdə aparılan hərtərəfli quruculuq işlərində, o cümlədən sosial, iqtisadi, ekoloji və digər layihələrin reallaşmasında yerli özünüidarəetmə orqanlarının iştirakı vurğulanıb. Bələdiyyələrin səmərəli fəaliyyəti üçün Milli Məclisin Regional məsələlər komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verilib”, - deyə S.Novruzov qeyd edib.

Komitə sədrinin sözlərinə görə, ümumilikdə 2021-ci il ərzində həyata keçirilən tədbirlər ölkəmizdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli özünüidarəetmə orqanı kimi nüfuzunun artırılmasına, o cümlədən bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına yönəlib.

“Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi, fəaliyyətin qanunauyğun təşkilinə kömək və onlara metodoloji yardım göstərilməsi sahəsində işin səmərəliliyinin artırılması üçün tədbirlər davam etdirilir. Bələdiyyələrin fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşdırılması, yerli əhali ilə münasibətlərdə daha effektiv bir quruma çevrilməsi üçün bu və ya digər problemlərin həlli məqsədilə səyləri birləşdirmək, zəruri tədbirlər görmək mühüm vəzifələrdəndir”, - deyə S.Novruzov fikirlərini yekunlaşdırıb.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir