REGİONLAR
Siyəzəndə intellektual yarışın qalibləri təltif olunub
Siyəzən, 9 iyun, Elxan Yusifli, AZƏRTAC
Siyəzəndə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş “Breyn-rinq” intellektual oyunu üzrə rayon çempionatının qalibləri müəyyənləşib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Siyəzən Rayon Gənclər və İdman İdarəsinin Quba-Xaçmaz Regional Təhsil İdarəsinin Siyəzən sektoru ilə birgə təşkil etdiyi intellektual yarışda 8 komanda mübarizə aparıb.
İntellektual oyunda şəhər 1 saylı tam orta məktəbin “Kamikadze” komandası I yeri tutaraq çempionatın qalibi olub. Böyük Həmyə kənd tam orta məktəbin “Xəzər” komandası II, şəhər 2 saylı tam orta məktəbin “Müşfiq” komandası isə III yeri tutub.
Qalib komandalar Gənclər və İdman İdarəsi tərəfindən fəxri fərmanlarla təltif olunublar.