CƏMİYYƏT
“Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” mövzusunda tədbir keçiriləcək
Bakı, 19 dekabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatı dekabrın 20-də “Sizinlə qürur duyuruq Ali Baş Komandanımız” mövzusunda tədbir keçirəcək.
YAP Nəsimi rayon təşkilatından AZƏRTAC-a bildiriblər ki, Prezident İlham Əliyevin Ali Baş Komandan kimi fəaliyyətinə həsr edilən tədbirdə 2003-cü ildən bu günədək ölkəmizdə ordu quruculuğu sahəsində görülən işlərlə bağlı film də nümayiş etdiriləcək.
Gənclərin milli və vətənpərvərlik ruhda tərbiyə olunmasında əhəmiyyət kəsb edən bu film ötən dövrdə müstəqil dövlətimizin əsas atributlarından biri olan güclü ordunun qurulmasını, ümumiyyətlə Silahlı Qüvvələrin inkişafı istiqamətində, eləcə də müdafiə sənayesi sahəsində əldə olunan nailiyyətləri əks etdirir.
YAP-ın fəal gənclərinin və ictimaiyyətin nümayəndələrinin iştirak edəcəkləri tədbirdə Silahlı Qüvvələrin mahnı və rəqs ansamblının ifasında proqram da təqdim olunacaq.