Azərbaycan Dövlət İnformasiya Agentliyi

SLAVYANKA KƏNDİNDƏ GÖRÜŞLƏR

Xəbər verdiyimiz kimi, noyabrın 1-də Prezident İlham Əliyev Gədəbəy rayonunun əhalisi əsasən ruslardan ibarət olan Slavyanka kəndində olmuşdur.

Rus icmasının nümayəndələri dövlət başçısını və xanımını böyük mehribanlıqla, duz-çörəklə qarşıladılar, onlara gül dəstələri təqdim etdilər.

Prezidentlə görüşə qonşu İvanovka və Saratovka kəndlərinin sakinləri də Slavyankaya gəlmişdilər.

Slavyankanın ağsaqqalı İvan Popov və kəndin digər sakinləri Azərbaycan dövlətinin başçısını səmimiyyətlə salamlayaraq, regionların, o cümlədən ucqar kəndlərin inkişafına daim diqqət yetirdiyinə görə ona minnətdarlıq etdilər.

Prezident İLHAM ƏLİYEV mehribanlıqla qarşılandığına görə kənd sakinlərinə təşəkkür edərək dedi:

- Azərbaycan burada yaşayanların hamısının Vətənidir. Milliyyətindən, dinindən asılı olmayaraq, hamı qardaşımızdır. Bu, Azərbaycanın uğurlu inkişafının təminatıdır. Əlbəttə ki, Azərbaycanda uzun illərdən, onilliklərdən, əsrlərdən bəri yaşayan ruslar da ölkəmizin layiqli vətəndaşlarıdır. Onlar keçmişdə olduğu kimi, indi də Azərbaycanın inkişafına çox böyük töhfə verirlər.

İVAN POPOV: Mən özüm haqqımda belə deyəcəyəm. Otuz il tarlaçılıq briqadiri işləmişəm. Bizim nəsil mərhum atanız Heydər Əliyeviçi yaxşı tanıyır və sevirdi. İş elə gətirmişdi ki, mənim briqadam rayonda tez-tez birinci olurdu. Bir dəfə o, mənə “Volqa” avtomobili hədiyyə edilməsi barədə göstəriş verdi. Yəni Əliyevlə biz çoxdan tanış idik, qiyabi olsa da, hər halda, tanış idik.

Mənim mərhum valideynlərim televizora baxmırdılar, amma Heydər Əliyeviç çıxış edəndə mütləq onu dinləyirdilər. Çıxışa əvvəldən axıradək baxırdılar, ertəsi gün təkrar göstərildikdə, yenə də ekranın qarşısında əyləşirdilər.

X X X

Prezident İlham Əliyev və xanımı sonra kəndin sakini Mariya Vasilenkovanın qonağı oldular, onun yaşayış şəraiti, təsərrüfat fəaliyyəti ilə maraqlandılar. Sonra elə buradaca, çay süfrəsi arxasında kənd sakinləri ilə səmimi söhbət oldu.

4 minə yaxın əhalisi olan kəndin sakinləri adından dövlət başçısına əmin-amanlıq və uğurlar arzusu ilə dini kitab – Bibliya təqdim edildi.

Çay süfrəsi arxasında söhbət zamanı Slavyanka sakini NADEJDA İSMAYILOVA dövlətimizin başçısına bu yerlərdə hansı kənd təsərrüfatı bitkiləri yetişdirilməsindən danışaraq dedi:

- Bizə torpaq payı verdilər. Kartof, buğda əkib-becəririk, imkanı olanlar arpa əkir. Məhsulumuzu satırıq.

İLHAM ƏLİYEV: Normal qiymətə alırlar?

NADEJDA İSMAYILOVA: Yaxşıdır, şikayətlənmirik.

İLHAM ƏLİYEV: Qazancınız bəs edirmi? Bəs sizdə kənd təsərrüfatı texnikası sarıdan vəziyyət necədir?

NADEJDA İSMAYILOVA: Bizdə kolxozdan qalan texnika var.

İLHAM ƏLİYEV: Təzəsi yoxdur?

NADEJDA İSMAYILOVA: Təzəsi də var. Bu yaxınlarda veriblər.

İLHAM ƏLİYEV: İndi yaradılan “Aqrolizinq” vasitəsilə alınan yeni texnika varmı?

NADEJDA İSMAYILOVA: Bəli, təzə texnika da var – traktor və toxumsəpən, kartofyığan maşınlar. Gübrə gətirirlər, satırlar. Qiyməti də münasibdir.

İLHAM ƏLİYEV: Başlıcası odur ki, texnika, gübrə olsun, satış qaydaya salınsın. Təsərrüfatda qalan hər şey özünüzündür?

NADEJDA İSMAYILOVA: Bəli, özümüzündür. Məsələn, bu moruğu özümüz yetişdirmişik.

İLHAM ƏLİYEV: Bazardan heç nə almırsınız?

NADEJDA İSMAYILOVA: Xeyr. Yalnız inəyi olmayanlar alırlar. Bu il meyvəmiz olmadı, ağaclar çiçəkləyəndə şaxta vurdu.

İLHAM ƏLİYEV: Yəni, sizdə natural təsərrüfatdır. İnək saxlayırsınız, süd, yağ, taxıl, çörək də öz məhsulunuzdur.

NADEJDA İSMAYILOVA: Çörək bişirməyənlər onu satın alırlar. Çuğundur da satırıq.

İLHAM ƏLİYEV: Çuğundur da? Çuğundur əkirsiniz?

NADEJDA İSMAYILOVA: Az əkirdik.

İLHAM ƏLİYEV: Əkmirdiniz, çünki satmağa yer yox idi. İndi isə İmişlidə zavod tikmişik, orada çuğundura böyük tələbat var. İndi bir çox rayonlarda çuğundur əkirlər. Onu dərhal alıb, zavoda aparırlar.

Müxtəlif millətlərin nümayəndələrinin yaşadıqları bəzi ölkələrdə problemlər var, bizdə isə yoxdur. Dövlət səviyyəsində də belədir və hər bir yerdə də belə olmalıdır. Biz hamımız bir ailəyik.

MARİYA VASİLENKOVA: Nə qədərdir burada yaşayırıq, həmişə bir ailə kimi olmuşuq. Bizdə işdə də, məktəbdə də heç vaxt elə olmayıb ki, desinlər, o azərbaycanlıdır, bu rusdur.

İLHAM ƏLİYEV: İndi də belədir və Azərbaycanda heç vaxt başqa cür olmayacaqdır. Burada hamı rahat yaşayır.

MARİYA VASİLENKOVA: Siz buraya hər il gəlin. Çox şad olarıq.

VALENTİNA HÜSEYNOVA: Əgər bilsəydilər ki, Heydər Əliyeviç hakimiyyətə qayıdacaq, ruslardan heç biri köçüb getməzdi. Çıxıb gedənlər isə indi çox təəssüflənirlər.

QALİNA ƏLİYEVA: 1990-cı illər çox ağır illər idi, xüsusən də ona görə ki, bizim rayon sərhəd bölgəsidir. Heydər Əliyeviçə, Sizə çox minnətdarıq ki, hər yerdə qayda-qanun yaradılmışdır.

İLHAM ƏLİYEV: Əvvəla, əlbəttə, onda müharibə gedirdi. İkincisi, hakimiyyətdə olan Xalq Cəbhəsinin adamları ölkəni, əslində, uçuruma, dağılmağa doğru aparırdılar. Onlar bir ildə nəinki iqtisadiyyatı dağıtdılar, ölkəni, əslində, hərc-mərcliyə sürüklədilər, həm də Azərbaycanın həmişə məhz fəxr etdiyi millətlərarası həmrəyliyə çox böyük ziyan vurdular. İqtisadiyyatı, fabrikləri bərpa etmək olar, amma əmin-amanlığı, xoş münasibətləri, etimadı bərpa etmək çətindir. Odur ki, əgər Heydər Əliyev hakimiyyətə bir il gec gəlsəydi, nə olacağını, ümumiyyətlə, təsəvvür etmək çətindir. Lakin o, qayıdan kimi bütün bunlara son qoydu. Ölkə on il ərzində məhz belə inkişaf etdi, indi də üç ildir bu cür inkişaf edir. Əminəm ki, bu siyasət Azərbaycanda əbədi olacaqdır. Xəttimiz əbədi olacaq, ona görə də heç kim narahatlıq keçirməməlidir.

Əksinə, indi eşidirəm ki, əvvəllər çıxıb gedənlərin bəziləri geri qayıdırlar. Bu proses gedəcəkdir. Çünki Azərbaycanda iqtisadi vəziyyət yaxşılaşdıqca, daha çox iş yeri olduqca, daha çox əməkhaqqı verildikcə adamlar geri qayıdacaqlar. Niyə də qayıtmasınlar? Burada bərəkətli torpaq, təmiz hava, belə təbiət, kənd təsərrüfatı var.

Əlbəttə, kömək etmək lazımdır. Buna görə də “Aqrolizinq” yaratmışıq ki, kəndlilərə texnika, gübrə, kredit verək. Bunlar hamısı son illər yaranmışdır və ona görədir ki, kənd təsərrüfatı ilə məşğul olan insanlar daha yaxşı yaşaya bilsinlər. Onda ölkə də inkişaf edəcəkdir. Bu olmasa, camaat kənddən getməyə başlayacaq, kimisi şəhərə, kimisi başqa ölkəyə. Onda nə baş verəcək? Ölkə necə inkişaf edəcək?

NADEJDA İSMAYILOVA: Çox sağ olun, kəndimizdə yeni məktəb də tikilir.

İLHAM ƏLİYEV: Burada məktəb tikilir?

KAMRAN RZAZADƏ: (İcra hakimiyyətinin başçısı): Bəli, Heydər Əliyev Fondunun xətti ilə 260 şagird yerlik məktəb tikilir. İnşaat işləri artıq başa çatmaq üzrədir.

İLHAM ƏLİYEV: Bəlkə gedək, baxaq?

QALİNA ƏLİYEVA: Bizim Saratovkada da yeni məktəb korpusunun tikiləcəyini vəd edirlər. Çox sağ olun. Artıq təmir işləri görülmüşdür. Məktəbimizdə rus bölməsi genişlənir, əvvəl uşaq az idi, indi isə artır.

İLHAM ƏLİYEV: Kəndiniz böyükdür?

QALİNA ƏLİYEVA: 2000 nəfər əhalisi var.

KAMRAN RZAZADƏ: Saratovkada Heydər Əliyev Fondunun xətti ilə məktəb üçün 100 şagird yerlik əlavə binanın tikintisi planlaşdırılmışdır.

İLHAM ƏLİYEV: Bütün bu işləri qaydaya salmaq lazımdır. Azərbaycanda 3 il ərzində 700-dən çox məktəb tikilmişdir. O cümlədən, Gədəbəydə də çox tikilmişdir. Uşaqlar yaxşı şəraitdə oxumalıdırlar. Müəllimlər də yaxşı şəraitdə işləməlidirlər. Ümumiyyətlə, təkcə məktəblərdə deyil, hər yerdə - həm kəndlərdə, həm də şəhərlərdə yaxşı şərait olmalıdır. Yol da olmalıdır, işıq da, qaz da. Mənə dedilər ki, Saratovkada qaz yoxdur. Ancaq orada heç vaxt qaz olmamışdır. Sovet dövründə də olmamışdır. Ona görə də mən tapşırıq verəcəyəm ki, “Azəriqaz” məsələyə baxsın və müvafiq qərar qəbul etsin. Mən şəhərlərə, rayonlara, kəndlərə gedirəm ki, insanların ehtiyaclarını öyrənim. İndi gəlmişəm, siz dediniz, deməli, tədbir görüləcəkdir. Gərək insanları narahat edən bütün məsələlər həll olunsun. İndi yaxşıdır, insanları narahat edən məsələlər getdikcə azalır. Çünki yollar salınır, məktəblər tikilir, iş var, texnika ayrılır və bundan sonra daha çox ayrılacaqdır.

Kənd təsərrüfatı ilə məşğul olmaq sərfəlidir, məhsulu yığıb satırsan. Problem yoxdur və əlbəttə, pul da qazanırsan. Bəs insanlar kəndlərdə necə yaşayırlar? Bütün dünyada belə yaşayırlar. Buna görə də mütləq işıq, qaz, su lazımdır. Taxılı özünüz yetişdirirsiniz.

Dövlət öz tərəfindən hər şeyi etməlidir, özəl sektor da öz tərəfindən hər şeyi etməlidir - zavod, fabrik, emal müəssisələri tikməlidir. Mən artıq dedim ki, şəkər zavodu tikilmişdir. İndi Azərbaycanın bütün rayonlarında şəkər çuğunduru əkir və şəkər istehsalı üçün oraya aparırlar. Biz artıq şəkəri xaricdən gətirməyəcəyik, özümüz istehsal edəcəyik. Kəndli isə şəkər çuğunduru əkəcək. Əgər o, şəkər çuğundurunu əkirsə və bu heç kimə lazım deyilsə, o, bir daha əkməyəcəkdir. Məhsulu kiməsə satmaq lazımdır...

LUİZA YEVQRAFOVA: Mən Buryatiyadan valideynlərimin yanına qonaq gəlmişəm. Xoşbəxtlik nəsib oldu ki, Sizinlə də görüşdüm.

İLHAM ƏLİYEV: Buryatiyada vəziyyət necədir?

LUİZA YEVQRAFOVA: Orada artıq qışdır. Əlbəttə, hər yerdə yaşamaq olar. Rus atalar sözündə deyildiyi kimi, “biz olmayan hər yer yaxşıdır”.

İLHAM ƏLİYEV: Siz oraya necə gedib çıxmısınız?

LUİZA YEVQRAFOVA: Sevimli ərimlə.

İVAN POPOV: Hamımız başa düşürük ki, bizim başlıca problemimiz Dağlıq Qarabağ məsələsidir. Lakin həyat öz axarı ilə gedir, yaşamaq lazımdır. İmkan daxilində bizə kömək edin.

İLHAM ƏLİYEV: Mən artıq tapşırıq vermişəm və biz bu məsələni həll edəcəyik. İnsanları narahat edən məsələyə diqqət başlıca işdir. Siz Saratovkada qaz problemindən danışırsınız, onu həll etmək lazımdır. Əgər başqa narahatçılıq olsaydı, onu da deyərdiniz. İşıq var, yol çəkilir, yeri gəlmişkən, indi mən Şəmkirdən Gədəbəyə yol çəkilməsi barədə tapşırıq vermişəm. Müasir, asfalt döşənmiş yol olacaq, Avropadakı kimi. Məktəblər tikilir və sair. Qaz problemi narahat edirsə, onu həll etmək lazımdır.

Ölkəmiz möhkəmlənir, iqtisadiyyatımız möhkəmlənir. Bu imkanlar olanda hər şeyi həll etmək mümkündür, başlıcası odur ki, insanlarımız yaxşı yaşasınlar, kənd yerlərində rahatlıqla öz işləri, təsərrüfatları ilə məşğul olsunlar, şəhərlərdə fabriklər işləsin ki, iş olsun. Onda hər şey yaxşı olacaq. İnsanlara və rəhbərliyə nə lazımdır? Sakit həyat. Televizor vasitəsilə yəqin görürsünüz ki, başqa şəhərlərdə və ölkələrdə nələr baş verir, insanları müxtəlif əlamətlərə görə necə sıxışdırırlar. Bizdə bu, yoxdur və heç vaxt olmayacaqdır. Çünki milliyyətindən, dinindən, dilindən asılı olmayaraq, biz hamımız bir ailəyik. Düşünürəm ki, bu baxımdan Azərbaycan nümunə ola bilər.

NADEJDA İSMAYILOVA: Bu yəqin ona görə belədir ki, bizim Prezidentimiz yaxşı, çox gözəl doğma bir insandır. Ona görə də biz sakit və yaxşı yaşayırıq.

İLHAM ƏLİYEV: Başlıcası budur ki, xalq yaxşı yaşasın. Qonaqpərvərliyə görə çox sağ olun. Sizinlə görüşməyimə çox şad oldum. Bir də gələcəyəm, Saratovkaya gələcəyəm.

OLQA MALTSEVA: Mən Ermənistandan, Krasnoselsk rayonundan qaçqınam.

İLHAM ƏLİYEV: Buraya gəlməkdə düz iş görmüsünüz. Ermənistanda ümumiyyətlə heç bir başqa millət yaşamır, orada əhalinin 99 faizi ermənilərdir. Dünyada ikinci belə ölkə yoxdur.

OLQA MALTSEVA: Sizin atanıza minnətdaram, Sizə təşəkkür edirəm, bizi burada yaxşı qarşıladılar.

İLHAM ƏLİYEV: Burada xoşbəxt yaşayın. Dünyada az ölkə tapılar ki, orada yalnız bir millət yaşasın. Onlardan biri də Ermənistandır. Orada başqa millət, sadəcə, yaşaya bilmir. Kimini zorla qovurlar, kimini sıxışdırıb çıxarırlar. Yeri gəlmişkən, özləri də köçüb gedirlər, əhalinin yarısı köçüb getmişdir. Belə şərait həm çətindir, həm də düzgün deyil, bu, ölkəni zəiflədir. Ona görə də biz Azərbaycanda ölkəmizin məhz çoxmillətliliyi ilə fəxr edirik.

LUİZA YEVQRAFOVA: Mən Buryatiyada Azərbaycan dilini eşidəndə çox sevindim, düşündüm ki, özümüzünkülərdir.

İLHAM ƏLİYEV: Sağ olun, salamat qalın.

X X X

Kənd sakinləri rus xalq mahnıları oxudular, sonra dövlətimizin başçısı və xanımı ilə xatirə şəkli çəkdirdilər.

X X X

Rus icmasının nümayəndələri ilə görüşdən sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan Slavyanka beynəlmiləl orta məktəbinin binasında tikinti işlərinin gedişi ilə tanış oldular.

260 yerlik məktəb binasının tikintisinə bu ilin avqustundan başlanmışdır. 30-dan çox yerli sakinin gördüyü inşaat işlərinin növbəti mərhələsi artıq başa çatmaq üzrədir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin ikinci mərhələsinə əsasən məktəb binası bu ilin sonunadək hazır olacaqdır.

Dövlətimizin başçısı tikintinin getdiyi ərazini gəzdi, işlərin qısa vaxt ərzində və yüksək keyfiyyətlə başa çatdırılması barədə müvafiq tapşırıqlarını verdi.

Bununla da Azərbaycan Prezidenti İlham Əliyevin Gədəbəy rayonuna səfəri başa çatdı.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanla ABŞ arasında aqrar sahədə əməkdaşlıq genişləndirilir

Putin, Si Cinpin və Tramp Çində görüşəcəklər

Bu saata olan əsas xəbərlər

“Milli Məfkurə, Mənəvi İrs və İdeoloji Təhlükəsizlik” mövzusunda Beynəlxalq Elmi-Praktiki Konfrans

Dünya çempionu Almaniya prezidentliyinə namizəddir

"Meta" 805 milyon avro məbləğində cərimələnib

Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Qazax politoloq: Prezident İlham Əliyevin Dublin Sammitində iştirakı Avropa ilə əməkdaşlıq üçün yeni imkanlar açır

Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq

Dublin Sammitində keçirilən görüşlər Azərbaycanla dialoqa olan marağın ifadəsidir - ŞƏRH

Elnur Rüstəmzadə: “Sea Breeze” ərazisində nar bulvarı salınıb

Təranə Muradova: Nar ölkəmizin milli mədəniyyətinin zənginliyini simvolizə edir

Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb

Avropanın siyasi xəritəsində Azərbaycanın artan rolu və strateji tərəfdaşlığın perspektivləri ŞƏRH

Naxçıvanda müasir suvarma infrastrukturu qurulur

Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır - ŞƏRH

Monakoda Azərbaycanın üzümçülük və şərabçılıq ənənələri, investisiya imkanları təqdim olunub

Uşaq hüquqlarını qoruyaq: Tovuzda maarifləndirici tədbir

Bakıda Argentina Mədəniyyəti Günü qeyd olunub

Sabunçuda avtomobildən 6000 manat oğurlayan şəxs saxlanılıb

COP31-in iştirakçıları Azərbaycanın uşaqlarla bağlı dövlət siyasəti haqqında məlumatlandırılıb

Vətən Müharibəsi Qəhrəmanı Nail İbrahimlinin xatirəsi yad edilib

ABŞ-dən Zelenskiyə sual: Ukrayna NATO-ya üzv olarsa, Donbasdan çıxmağa razılaşacaqsınızmı?

AKTA-nın təhsil istiqamətində fəaliyyətinə dair tədbir baş tutub

Baş prokuror Kamran Əliyev Argentinadan olan həmkarları ilə görüşlər keçirib

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Zaqatalada baş verən qəzada bir nəfər xəsarət alıb VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

Türkiyənin milli təhsil naziri: Azərbaycan ilə əlaqələr iki qardaşın münasibətidir VİDEO

İB sədri: Milli dəyərlərin və tarixi kimliyin gələcək nəsillərə sağlam şəkildə ötürülməsi xüsusi əhəmiyyət kəsb edir

COP31-dəki Azərbaycan pavilyonunda universitetlərin davamlı inkişafda rolu müzakirə edilib

Vətən müharibəsi şəhidi Nurəddin Məstəliyevin xatirəsi anılıb

QMİ sədri Maskat Fəaliyyət Planı Forumunda iştirak edəcək

Ordubadda qəzaya düşən şəxslərin vəziyyəti məlum olub - YENİLƏNİB

Qaradağda evdən qızıl-zinət əşyaları oğurlayan şəxs saxlanılıb

COP31-dəki Azərbaycan pavilyonunda gənclərin təmiz enerji keçidindəki rolu müzakirə olunub

“Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb

Cavid Vəliyev: İdeoloji təhlükəsizlik milli suverenliyin və dövlətçilik dəyərlərinin qorunmasının mühüm tərkib hissəsidir

Sabah Bakıda və rayonlarda yağış, dağlıq ərazilərdə qar yağacaq

Ekspert: Azərbaycan və Ukrayna prezidentlərinin görüşləri əməkdaşlığın yüksək səviyyədə olmasının göstəricisidir

Deputat: Geosiyasi təxribatlar çox vaxt xalqların psixologiyasını, mentalitetini və xarakterini dərindən öyrənməklə başlayır

Gülçin Zeynallı: Milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm işlər həyata keçirilir

Yaponiyalı tələbələrə Azərbaycanın xarici siyasəti haqqında mühazirə oxunub

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı keçirilir VİDEO

Bu saata olan əsas xəbərlər

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

COP31-də altıncı günün əsas mövzusu uşaqlar və gənclərdir VİDEO

Hulusi Kılıç: Gənc nəsilləri milli dəyərlərimizə sadiq ruhda yetişdirməliyik

Bahar Muradova: Azərbaycanda qlobal iqlim gündəliyinə verilən təkan Türkiyədə yeni qərarların alınmasına gətirib çıxarmalıdır

İqlim dəyişikliyi İndoneziyadakı meşə yanğınlarını daha da pisləşdirib

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Fövqəladə Hallar Nazirliyi gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib VİDEO

Müdafiə Nazirliyi: Hərbi hissələrdə əsgərlərlə görüşə müvəqqəti məhdudiyyət qoyulub

İrəvandakı Göy məscidin mərasim zalına erməni şairin adının verilməsi narahatlıq doğurur - BƏYANAT

DİN: Cinayət törətməkdə şübhəli bilinən 59 nəfər saxlanılıb

Britaniyalı ekspert: Azərbaycan və Böyük Britaniya arasında strateji tərəfdaşlıq münasibətlərin inkişafında mühüm mərhələdir

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib – FAKTİKİ HAVA

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“İRS” silsiləsi çərçivəsində 2026-cı ildə nəşr edilən kitabların təqdimatı olub VİDEO

“Avropa Siyasi Birliyi”nin Dublin sammiti Azərbaycanın Avropa ilə siyasi dialoqunda yeni imkanlar açır- ŞƏRH

Azərbaycan nefti 102 dollara satılır

Hörmüz boğazında tanker minaya düşərək yanıb

Füzulidə ağır yol-nəqliyyat hadisəsi baş verib, 3 nəfər ölüb

Yəməndə gedən döyüşlər səbəbindən 340 mindən çox insan qaçqın vəziyyətinə düşüb

Hörmüz boğazında gəmiçilik trafiki müharibədən əvvəlki səviyyədən 65 faiz azdır

Tramp Çin və Rusiya liderləri ilə ilk dəfə üçtərəfli görüş keçirəcək

Husilər Ər-Riyad hava limanına növbəti zərbə endirdiklərini bildiriblər

ABŞ Ukrayna pilotlarının F-16 qırıcılarını idarə etməsi üzrə təlimləri davam etdirir

“Sky News”: Böyük Britaniyadakı ABŞ aviabazası üzərində naməlum dronlar aşkarlanıb

ABŞ-də dörd saatdan çox davam edən uçuş məhdudiyyəti aradan qaldırılıb

İraq ABŞ-nin himayəsi altında Hörmüz boğazından neft ixracını bərpa edib

Yeni Orlean limanı yaxınlığında gəmi qəzası nəticəsində 32 nəfər xəsarət alıb

“Bloomberg”: FTB ABŞ-də uçuşların dayandırılmasını kiberhücumla əlaqələndirmir

UEFA Millətlər Liqası: Niderland Yunanıstan yığmasını böyük hesabla məğlub edib

Millətlər Liqası: Azərbaycan yığması Lixtenşteynə qalib gəlib

Dakar-2026 Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarının bağlanış mərasimi olub

ABŞ-də bütün hava limanlarında uçuşların dayandırılması barədə qərar verilib

Leyla Əliyeva COP31-də Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Tullantı Fondunun birgə pavilyonunda olub, bir sıra ekspertlərlə görüşüb

Fon der Lyayen: Aİ Ukrayna ilə bağlı danışıqlarda atəşkəs və təhlükəsizlik zəmanətlərini prioritet sayır

Tusk: Polşa Ukrayna üçün silah alınmasını maliyyələşdirməyəcək

Avropa Xəbər Agentlikləri Alyansı TASS-ı üzvlükdən çıxarıb

Balakəndə tədbir: “Uşaq hüquqları – sağlam və təhlükəsiz gələcəyin təminatı”

Polşanın Suriyadakı səfirliyi 15 ildən sonra yenidən açılacaq

Aİ Rusiya ilə danışıqlar aparmaq üçün nümayəndə heyətinin tərkibini təsdiqləyib

Antonio Quterreşin COP31-də vida nitqi: Yanan planetdə sülh qura bilməzsiniz

DİN yeraltı keçiddən istifadə etməyən piyadalara müraciət edib

Azərbaycanda Geoloji parkın yaradılması istiqamətində işlər davam etdirilir

İraq boru kəmərlərinin mühafizəsi üzrə ixtisaslaşmış təhlükəsizlik qüvvələri yaradıb

Maliyyə Nazirliyinin kollegiyasında dövlət müəssisələri ilə işin təşkili nəzərdən keçirilib

BEA: Qlobal elektrikləşdirmə hədəfinin investorların marağını artıracağı gözlənilir

Aİ liderləri: Avropanın təhlükəsizliyi Ukrayna ilə bağlı sülh danışıqlarının bir hissəsi ola bilməz

® ABB istiqrazlarına investor marağı davam edir: iki buraxılış üzrə sifarişlər 22 milyon manatı keçdi

Leyla Əliyeva COP31 çərçivəsində Xəzər dənizinin ekoloji problemlərinə dair müzakirələrdə iştirak edib

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

NDU-da “Əcəmi 900: İpək Yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb VİDEO

Almaniya gələn həftə Ukraynanın müttəfiqlərinin sammitini keçirəcək

“Evklid” missiyası 900 milyondan çox qalaktikanı müşahidə edib

Bundestaq Almaniyanın NATO-nun “Sea Guardian” missiyasında iştirakının müddətini uzadıb

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

İğdırda Zəfər Gününə həsr olunmuş müsabiqələrin qalibləri mükafatlandırılıb VİDEO

Qazaxıstan Prezidenti ölkənin nəqliyyat sektorundakı vəziyyəti tənqid edib

“Sky”: Britaniyada “Microsoft” servislərində problemlər parlamentin və təcili xidmətlərin işinə təsir edib

Azərbaycanla Vyetnam arasında qarşılıqlı investisiyaların təşviqi imkanları nəzərdən keçirilib

Paris küçələrinə 60 minə yaxın etirazçının çıxacağı gözlənilir

Dövlət Komitəsinin sədri COP31 iştirakçılarına Azərbaycanın milli inkişaf prioritetləri haqqında məlumat verib

Dublin Sammiti: Prezident İlham Əliyevin diplomatiyası ölkənin mövqeyini gücləndirir

Bu saata olan əsas xəbərlər